Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Okt

    Изображение 006Aslan Kərimov adına şəhər 3 saylı ümumi orta məktəbdə cari dərs ili əlamətdar hadisə ilə başlayıb. “Bilik Günü”ndə şəhid Aslan Kərimovun büstünün açılışı olub. Tədbirdə mək-təbin müəllim və şagird kollektivi ilə yanaşı rayon icra hakimiyyəti aparatının nümayəndələri, qəhrəmanın döyüş dostları və doğmaları iştirak ediblər.
    Tədbiri məktəbin direktoru Dilşad Məmmədova açıb. Tarix müəllimi Kifayət Kərimova Tərtərin igid oğlunun həyatından, döyüş fəaliyyətindən danışıb. Bildirib ki, Aslan Kərimov 1954-cü il noyabr ayının 12-də dünyaya göz açmışdı. Tərtər şəhər 1 nömrəli orta məktəbinin rus bölməsini bitirmiş, hərbi xidmətini keç- miş Sovet Ordusu sıralarında başa vurmuşdu.
    Ali təhsilini 1975-1979-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı fili alında alan Aslan, Qarabağ müharibəsi başlayana qədər ayrı-ayrı illərdə Tərtər suvarma sistemləri idarəsində, rayon istehlak cəmiyyətində və rayon ictimai iaşə birliyində müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci ildən “VAZ” Ticarət Şirkətinin satış mağazasının müdiri işləyirdi.
    1991-ci ildə Aslan Kərimov könüllülərdən ibarət Milli Ordu sıralarına daxil olmuşdur. Rota komandiri kimi bir sıra döyüş əməliyyatlarının hazırlanmasında və həyata keçirilməsində şəxsi fədakarlıq göstərmişdir. 1992-ci ilin 13 av-qustunda Ağdərə bölgəsinin Moxratar kəndi yaxınlığında qəflətən partlayan mina Aslan Kərimovun 38 illik ömrünə son qoymuşdur.
    Döyüş dostu, Aslan Kərimovun bir çox sücaətlərinin canlı şahidi olan Pənah Məmmədov onun haqqında həm ürək ağrısı ilə, həm də böyük qürurla söhbət açıb. Bildirib ki, kapitan Kərimovun döyüş yolu qısa olsa da, şərəflidir, gənc nəslə örnəkdir. O, Ağdərə rayon mərkəzi də daxil olmaqla, Leninavan, Marquşevan, Marağa, Çaylı, Levonarx, Ulu Qarabəy, Kasapet, Mehratac, Çardaxlı, Metişen kəndlərinin və Sərsəng Su Anbarının düşməndən azad edilməsində misilsiz xidmətlər göstərib.
    Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Svetlana Əzizova qəh-rəman döyüşçünün həyat yolunun böyüməkdə olan gənc nəsil üçün nümunə olduğunu söyləyib. Qeyd edib ki, vətən üçün canından keçənlər heç zaman ölmürlər.
    Aslan Kərimovun yaxın qohumu, rayon subartezian quyuları istismarı idarəsinin rəisi Əli Əliyev, şəhidin oğlu İsmayıl Kərimov tədbirdə çıxış ediblər.
    Məktəbin yuxarı sinif şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər .
    Beləcə “Bilik Günü” hər kəsin yaddaşında həm də ölməzlik, Vətənə sonsuz məhəbbət nümunəsi ilə yadda qalıb.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 08:51

    Teqlər:

İsmarıclar bağlıdır.