Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    Məhiyəddin Kərimov, rayon ağsaqqalı

    Ta qədimdən il təzələnəndə adətdir ki, böyüklər–ağsaqqal, ağbirçək, ziyalılar xeyrdua verər, ilin uğurlu olması üçün xoş sözlər söyləyərlər. Elə bilirəm ki, bu gün rayonun bir ağsaqqal sakini kimi mənim də söz demək haqqım var. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2020-ci il öz mübarək qədəmlərini yer üzünə qoymaqdadır. Arzu edirəm ki, qarşıdan gələn ilimiz insanlarımıza firavanlıq, xoş günlər gətirsin! Uşaqlarımız nəvazişlə böyüsünlər, qocalarımız qayğı ilə əhatə olunsunlar. İllərdi xalqımız üçün unudulmaz dərd hesab olunan Qarabağ yaramıza əlac tapılsın, ev-eşiyindən el-obasından didərgin düşənlər öz doğma yurd-yuvalarına qayıtsınlar.
    Məlumdur ki, “Yeni Tərtər” qəzeti rayonumu-zun aynası olaraq sakinlərimizin sevimlisinə çevrilib.
    Rayon qəzetini maraqla oxuyuram. Səhifələrində dərc olunmuş məqalələr–siyasi, bədii və publisistik yazılar, rayonumuzda baş verən müsbət dəyişiklikləri əks etdirən material və fotoşəkillər adamda xoş təəssürat yaradır. Əlbəttə, qəzetin belə oxunaqlı dərc olunmasında redaksiya əməkdaşlarının gərgin zəhməti vardır. Yeniilqabağı “Yeni Tərtər”in əməkdaşlarını ürəkdən təbrik edir, onlara cansağlığı, yaradıcılıq uğurları və iti qələm arzulayıram. İstəyirəm ki, şəhər və kəndlərimizin sosial inkişafındakı yeniliklər qəzet səhifələrində həmişə layiqincə öz əksini tapsın.

    Müəllif: Redaktor, 10:39

İsmarıclar bağlıdır.