Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    “…Azərbaycanda idman uğurla, dinamik şəkildə inkişaf edir. Gözəl gənc nəsil yetişir. Mən onu da xüsusilə qeyd etmək istəyirəm ki, bizim gənc idmançılarımız, uşaqlar, yeniyetmələr müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında,yeniyetmələr Olim-piya oyunlarında ölkəmizi ləyaqətlə təmsil edirlər…
    Fikrimi ölkə prezidenti İlham Əliyevin sözləri ilə başlamağım səbəbsiz deyildir. Bu gün Azərbaycan Prezidentinin qayğısı sayəsində güclü idman dövlətinə çevrilib. İdmanın inkişafına çox böyük diqqət göstərilir, onun madditexniki bazası möhkəmləndirilir. Bölgələrimizdə Olimpiya İdman Mərkəzləri tikilərək id-mançılarımızın ixtiyarına verilir ki, idman kütləvi xarakter alsın, çoxnövçülüyü inkişaf etsin.
    Məlumdur ki, idman cəmiyyətimizin ayrılmaz hissəsidir. Bu gün rayonumuzun gənc id-mançıları da öz çıxışları ilə qələbələr qazanırlar.Şahmat, kinqboksinq, boks və s. yarışlarda iştirak edən gənclərimizin adları fəxrlə çəkilir.
    Bu günlərdə Uşaq Gənclər idman Şahmat məktəbinin boks üzrə məşqçi müəllimi, əməkdar məşqçi Faiq Məmmədovla görüşüb rayonumuzun idmançıları haqqında fikirlərini öyrəndim. Faiq müəllim bildirdi ki, idmanın başqa növlərində olduğu kimi boks növü üzrə də həvəskar boksçu gənclərimiz yetişməkdədir. Azərbaycan və Avropa çempionu Murad Allahverdiyevin qələbələri tərtərlilərin çox böyük sevincinə səbəb olub. Yarışlardan qayıdarkən rayon rəhbərliyi və xalq kütləsi tərəfindən izdiham və coşğu ilə qarşılandı.
    Hazırda yeni boksçularımız yetişməkdədir. Bəyimsarov kənd tam orta məktəbindən 10-cu sinif şagirdi Quliyev Rəvan Rüstəm oğlu, Söylən kənd tam orta məktəbindən 9-cu sinif şagirdi Abdullazadə Elnur Xalid oğlu, Tərtər şəhər 1 saylı tam orta məktəbindən 9-cu sinif şagirdi Hüseynzadə Rəvan Rövşən oğlu, Səhlabad kənd tam orta məktəbindən 8-ci sinif şagirdi İsma-yılova Aysu Vahid qızı yarışmalarda qazandıqları qələbələrlə rayonumuza qayıdıb.
    Rəvan Quliyev məktəblilərin respublika birinciliyində və “Açıq Bakı”birinciliyində yarışaraq ən yüksək yerin qalibi olub. O bundan əvvəl də respublika səviyyəli yarışların qalibi və mükafatçısı olub.
    Elnur Abdullazadə 41kq çəki dərəcəsində “Açıq Bakı” birinciliyində 2-ci yeri tutaraq respublika çempionu, Respublika Təhsil İdman Mərkəzinin açıq birinciliyinin qalibi, həm də ən yaxşı idmançı adına layiq görülüb.
    Rəvan Hüseynzadə Respublika çempionatında 2-ci yeri,məktəblilərin respublika birinciliyinin qalibi, “Açıq Bakı” birinciliyində 3-cü yeri tutub.
    Bu idmançılarımızın hər biri yarışlarda göstərdikləri nailiyyətlərə görə rayon rəhbərliyi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
    Faiq müəllim gənc boksçularımız haqqında danışaraq bildirdi ki, onlar məşqlərini davam etdirirlər. Qarşıda idmançılarımızı daha məsuliyyətli yarışlar gözləyir. Ümidvaram ki, hər biri iştirak etdikləri yarışlarda yeni qələbələrlə pərəstişkarlarını sevindirəcək.
    Yazıları hazırladı:

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:23

İsmarıclar bağlıdır.