Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    “ALLAHIN ASLANI” LƏQƏBLİ DÖYÜŞÇÜ

    Bu arıq oğlan şəhər 5 saylı tam orta məktəbin 2-ci sinif şagirdidir. İlk baxışda idmançı təsiri bağışlamayan Əli əslində kinqboksinq üzrə 3 qat dünya çempionudur. 2012-ci ildən Azərbaycan Kinqboksinq Federasiyasının üzvüdür.
    Əlini redaksiyamıza atası hərbiçi Nazim Cəfərzadə gətirmişdi. O, bir ata kimi oğlunun uğurlarından həvəslə danışırdı.
    –Yaşının az olmasına baxmayaraq, Əli həm ailəmizin, həm də təhsil aldığı məktəbin fəxridir. O, iştirak etdiyi yarışlarda dəfələrlə birincilik qazanıb. Ölkəmizdə, həmçinin ölkəmizdən kənarda–İranda keçirilən mötəbər çempionatlar Əlinin bir idmançı kimi inkişafına stimul verir. Əli Azərbaycan çempionudur, “Dünyanın ən güclüsü” yarışında “Kəmər sahibi” adını qazanıb. 2018-ci ildə isə ona ən gözəl ad “Allahın Aslanı” adı verilib.
    Əlidən iştirak etdiyi yarışlar zamanı hansı hissləri keçirdiyini soruşdum.
    Bir az utandı, çəkinə-çəkinə dilləndi:
    – Yalnız qalib gəlməli!
    Atası söhbətə qarışır:
    –Əli 10 döyüş növü üzrə 1-ci yerin qalibi medallarını qazanıb. Bakı şəhərində 20-22 kq çəki dərəcəsində “Büdo”, üzrə dünya çempionatında, dekabrın 6-8 də İranda “K-1” üzrə yenə 20-22 kq çəkidə qitə çempionatında 1-ci yerin qalibi olub, ilin kubokunu qazanıb. Onun belə uğurlar qazanmasında məşqçi müəllimləri Yavər və Ruhi Hüseynovların gərgin zəhmətləri olub. Əlbəttə, ibtidai sinif müəllimi Könül İbrahimovanın da bu işdə zəhmət payı var, yarışlarda iştirak etməsinə şərait yaradıb. Bütün müəllimlərinə ailəmiz adından minnətdarlıq bildiririk.Onu da bildirim ki, Əlinin bu uğurları rayon icra hakimiyyəti tərəfindən diqqətdən kənarda qalmayıb. İcra başçısı Müstəqim Məmmədov Əlini ölkə ərazisindən kənarda qazandığı nailiyyətə görə Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırıb.
    Əli hazırda gərgin məşqlər keçirir. O, Macarıstanda keçiriləcək dünya çempionatına hazırlaşır. Gələcəkdə isə hüquq işçisi olmağı arzulayır.

    Müəllif: Redaktor, 09:30

İsmarıclar bağlıdır.