Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    TƏNHA YAŞAYAN ATA

    Qəzetimizdə öz poetik yazıları ilə çıxış edən imzalar sırasında bir ağsaqqal, ömrünün ahıl yaşlarını yaşayan Sabir Paprəvəndli imzası da var. İlk baxışdan övliyaları xatırladan bu insanın dilindən alqış, xoş sözlər axıb süzülür. Görkəmin-də həlimlik, mülayimlik bərqərar olub. Sifətində, sözlərində bu dünyada çox itkilər vermiş bir insanın ağrıacısı duyulur. Bu ahıl insanı yaxından tanımaq üçün onunla görüşüb, söhbət etmək qərarına gəldim. O, özü haqqında çox danışdı, çox dedi… Mən öz taleyindən küsmüş, lakin qədəri ilə razılaşan bir insanı duyğulandır-dığım üçün xeyli peşiman oldum. Özlüyümdə qərara gəl-dim ki, bəzən “qazanın ağzı örtülü qaynaması” daha məqsədə uyğun olur.
    Ocaqverdiyev Sabir (Paprəvəndli) Nəsir oğlu 1936-cı ildə Ağdam rayonunun Paprəvənd kəndində doğulub. Elə həmin kənddə böyüyüb, boya-başa çatıb. Anası Nazan Fərəc qızı o zamanlar “Qırmızı Əmək Bayrağı” ordenli, atası isə Bö-yük Vətən Müharibəsi veteranı olub. Ailədə 3 uşaq olublar–2 qardaş, 1 bacı. Həmin kənddə bu ailəni hamı din xadimi Kərbəlayi Teymurun nəticələri kimi tanıyıb. Sabir Ocaqver-diyev də həmyaşıdları kimi hərbi xidmət çəkib, Ukraynanın Taqanrok, Beleserkovski və Moskva ətrafı Radovski şəhərlərində xidməti borcunu yerinə yetirib. O, təhsilini də unutmayıb. Qayıtdıqdan sonra M.F.Axundov adına Bakı Xarici Dillər İnstitutunun rus dili fakültəsini bitirib. Yaşadığı Ağdam rayonunun kəndlərində –Şotlanlı, Nəmirli, Göytəpə, Eyvazlı, Xındırıstan kənd məktəblərində rus dili müəllimi kimi fəaliyyət göstərib. Son illərdə bəzi məktəblərdə rus dilinin tədrisi dayandırıldığından ixtisas dəyişimi edərək Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı fakultəsini bitirib.
    Sabir müəllim Qarabağ müharibəsi zamanı doğma Paprəvənd kəndindən qaçqın düşərək həmin rayonunun Xındırıstan kəndində yaşamalı olur və orada da işləyir. 2013-cü ildən Tərtər rayonunda qohumlarına bir az da yaxın olmaq üçün Yuxarı Narlıq deyi-lən yerdə – Hacı Zeynalabdın Tağıyev küçəsində torpaq alaraq ev tikdirib və orada yaşayır. 2001-ci ildən təqaüddə olan Sabir müəllim həyətyanı torpaq sahəsində yeni meyvə bağı salaraq, ona qulluq göstərməklə məşğul olur. Sabir Paprəvəndlinin meylini bağbağata, meyvə ağaclarına salmağının səbəbi ilə maraqlandım. 83 yaşlı bir insanın öz istirahətini zəhmətdə tapmasına ehtiyacı olduğunu bildirdi.
    Ailəsi haqqında soruşdum.
    Sanki sifətinə ağır bir kədər çökdü. Bildirdi ki, tale sarıdan bəxti üzünə gülməyib, ailəsi də olub, hətta 5 övladı da var. Lakin onlardan ayrı yaşayır. Öz qayğısını özü çəkdiyini söylədi.
    Bu ahıl, ömrünün müdrik çağını yaşayan insana verəcəyim suallar da burda bitdi. Bu anda gözlərim qarşısında müdrik bir atanın tənha yaşadığı həyat tərzini canlandırdım. Övladlar var ki, xəstə, yataqda olan ata-ananın hər gününə şükür edərək, nazı ilə oynayır, qayğılarını özləri çəkməyə çalışırlar. Axı, övlad hər anda valideynə borcludur. Təəssüf ki, bəzən əksinə olanlar da var… Sabir Paprəvəndliyə cansağlığı arzuladım. “Ömür payını heç kəsin minnəti olmadan yaşayasan!”– söylədim.

    Müəllif: Redaktor, 09:45

İsmarıclar bağlıdır.