Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    Şərq təqviminə görə, yeni il Ağ Metal Siçan üzərində təhvil olacaq. Bu heyvan sürətli, cəsarətli, səliqəli və son dərəcə diqqətlidir. Bu keyfiyyətləri Siçan Öküz, Dovşan və Əjdaha ilində anadan olan dostlarına hədiyyə edəcək. Siçan ili onlar üçün xoşbəxtliklərlə yadda qalacaq. Bu dövr Ağ Siçan ilə səmimi münasibətdə olan İt, Donuz və Meymun ilindən olanlar üçün olduqca yaxşı keçəcək. Ancaq At və Xoruz ilindən olanlar ev sahibinin onlar üçün yaratdığı hər cür problemdən ciddi şəkildə qorxmalıdır.
    Siçan
    Gələn il Siçan ilində dünyaya gələnlərə kifayət qədər mə-suliyyətli olmağı tövsiyə edir. Bu, onların ilidir, odur ki, mümkün dəyişikliklərə, hətta həyatın zərbələrinə də hazır olmaq lazımdır. Bu mərhələnin necə yekunlaşması və uğur Siçan ilində dünyaya gələnlərin dözüm və mətanətindən asılı olacaq. Onların yaşadıqları yeri dəyişəcəkləri göz-lənilir, eyni zamanda yeni işə başlayacaq və bütün iradəni toplamağa məcbur edəcək çağırış alacaqlar. Alternativ olaraq, özlərində dünyagörüşlərini dəyişdirməyə məcbur edəcək yeni istedad kəşf edə bilərlər.
    Öküz
    Öküz ili üçün qızıl dövr baş-layacaq, yəni bu in-sanların ta-mamilə hər şeyi asanlıqa əldə edəcəyi zaman hesab olunur. Öküz-lərin özləri üçün ortaya qoyduğu hər hansı bir məqsəd gözlənilmədən gerçəkləşməyə başlayacaq və praktik olaraq heç bir səy göstərmədən həyata keçə-cək. Bu Zodiak işarəsinin nümayəndələri riskdən qa-çırlar, amma gələn il sər-güzəştlərə getməli və şübhəli əməkdaşlıqlara razılıq verməlisiniz. Şansınız sa-yəsində, şübhəsiz ki, uğur tərəfinizdə olacaq.
    Pələng
    Pələnglər üçün gələn il nisbi sakit və rutin şəkildə keçəcək. Ötən illər bu şəxsiyyətlərin həyatına bir çox sarsıntı gətirmişdi. Narahat olmayın, bundan sonra sülh və əminamanlıq sizinlə olacaq. Xatırlamaq vacibdir ki, gələn il qarşıdurmalar üçün uyğun deyil. Əks təqdirdə, Pələnglərin həyatında qara zolaq başlaya bilər.
    Dovşan
    Ağ Siçan ili dovşan ilində ana-dan olan insanlara olduqca uğurlu il vəd edir. Bu şəxslər inkişaf yolu ilə gəlirlərini artırmaq imkanlarına malik olacaq. Həm də baharda göz-lənilməz fürsətlərlə qarşılaşacaqlar. Bəlkə də miras və ya lotereya uduşu ola bilər.
    Əjdaha
    2020-ci il Əjdaha ilində do-ğulanlar üçün böyümə və inkişaf ili kimi yadda qalacaq. İlin əvvəlində potensialınız yüksək qiymətləndirilə bilər, yəni yüksək posta təklif almağa hazır olun. Yeri gəlmişkən, şəxsi həyatda sıçrayış ola bilər. Əjdaha öz yarı ilə qarşılaşa və bunun sayəsində keçmişi ilə əlaqəli olan pis vərdişlərindən imtina edib başqa bir insana çevrilə bilər. Bu cür dəyişikliklər xüsusilə ilin ikinci yarısında gözlənilir.
    İlan
    İlan ilində doğulanlar üçün 2020-ci il əsl güc sınağı olacaq. Artıq ilin ilk aylarından bu insanların ciddi problemləri ola bilər ki, bu da onları həyat tərzlərini dəyişdirməyə və əvvəllər işinə yarayan bir çox faydalardan imtina etməyə məcbur edə bilər. Təslim olmayın. Əgər hər şeyi düzgün etsəniz, ilin sonunda normal vəziyyətə qayıda biləcəksiniz və həyatınız əvvəlkindən daha yaxşı olacaq.
    At
    Bu il At ilində anadan olanlar üçün kritik olmayacaq, ancaq bu insanlar daha çox özünə güvənməli və məsuliyyətdən qorxmamalıdır. Gələcək dövr həyatı “sıfırdan” başlamaq üçün mükəmməldir. Məsələn, evlilik və ya iş həyatı məmnuniyyət gətirmirsə boşanmağa və ya iş yerini dəyişdirməyə dəyər. 2020-ci ildə At ilinin nümayəndələri təhsil almaq və ya ixtisas artırmaq ba-rədə düşünməlidir.
    Keçi
    2020-ci ilin əvvəlində Keçi ili nüfuzunu qorumağa davam edəcək və öz statuslarını təsdiqləyəcək. Yəqin ki, bunun üçün çox çalışmalı olacaqsınız. Səthi qərarlar verməkdən çəkinin. Özünüzü ələ alın və həyatın bütün sahələrində ən yaxşı olmağa çalışın. Ümumiyyətlə, ilin sonunda Keçi ilindən olanlar yaxşı istirahət etməli və arzularına diqqət yetirməlidir.
    Meymun
    Şən və ünsiyyətcil Meymun-lar xırda məsələləri böyütməsə və bədgümanlığı özündən uzaqlaşdırsa, 2020-ci ili eyni ritmdə yaşamağa davam edəcək. Meymunlar üçün gələn il əsas problem səhhətləri ilə bağlı olacaq. Yazın və payızın əvvəllərində bu insanlar onurğa və oynaqların vəziyyətini müayinə etdirməlidir. Yə-qin ki, yeganə narahatlıq bunlarla bağlı olacaq.
    Xoruz
    Ağ Siçan ili Xoru-zun əsas rəqibi sa-yılır, odur ki, il ər-zində on-ları müxtəlif sınaqlardan keçməyə məcbur edəcək, hər fürsətdə işlərinə pəl vurmağa çalışacaq. Bu baxımdan yazda sevdiyiniz insanla aranızda yarana biləcək fikir müxtəlifliyinə hazır olun. Xoruz sakit və təmkinli olmasa, boşanma ilə üzləşməsi ehtimalı yüksəkdir. Biznes sahəsində problemlər yaranar. Yəqin ki, Xoruzun ciddi rəqibləri yarana bilər və üstünlüyünü sübut etmək üçün çox səy göstərməli olacaq. Ümumiyyətlə, 2020-ci il bu işarənin şəxsləri üçün sınaq dövrü kimi qiymətlən-dirilir. Lakin bu dövrü la-yiqli şəkildə başa vuranlar daha da güclənəcəklər.
    İt
    2020-ci ildə İt ilindən olan şəxslər yeni dostlar tapmağa və dostluq əlaqələrini möhkəmləndirməyə diqqət etməlidir. Odur ki, yeni ilin ilk aylarından etibarən aktiv həyat tərzi keçirməyə çalışın, ətrafınızdakı insanlarla tez-tez ünsiyyət qurun və bəyəndiyiniz səmimi insanlarla tanış olmaqdan utanmayın. Həm də ilin son ayları İt ilində anadan olanlar üçün həyatın hər sahəsi inanılmaz dərəcədə uğurlu olacaq. Tələsməyin və şansınıza inanın!
    Donuz
    Donuz ilində anadan olanlar üçün bu dövr istirahət və ən böyük arzuları həyata keçirməyə imkan yaradacaq. Ötən illərdə xeyli zəhmət çəkən Donuz ilinin nümayəndələri 2020-ci ildə çox səy göstərmədən irəliləyə və yaxınlarına daha çox vaxt ayıra bi-ləcəklər. Yeri gəlmişkən, bu ilin nümayəndələri sevgilisi ilə münasibətləri yeni səviyyəyə çatdırmaq və ya ailə üzvlərinin sayını artırmaq üçün hər şansa sahibdirlər. İl müsbət dəyişikliklər üçün uyğundur, məsələn, ev tikmək və ya daha firavan ölkəyə köçmək.

    Müəllif: Redaktor, 10:03

İsmarıclar bağlıdır.