Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    “Yeni Tərtər” qəzetinin redaksiyasında 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.
    Hesabat məruzəsi ilə çıxış edən qəzetin baş redaktoru Tofiq Yusif göstərdi ki, il ərzində “Yeni Tərtər”in 36 nömrəsi çap olunmuş, dövriyyə planına tam əməl edilmişdir. Qəzetin səhifələrində günün aktual məsələləri ilə bağlı operativ məlumatlara daha geniş yer ayrılmış, rayonun həyatını əks etdirən xəbərlər dərc olunmuşdur. Müxtəlif rubrikalar –“Millimənəvi dəyərlərimizi qoruyaq”, “Erməni vandalizmi”, “Tərtər Qarabağ müharibəsi illərində”, “Qarabağ müharibəsi qaziləri”, “Tərtərin tarixindən”, “Ahıllarımız”, “Ağbirçəklərimiz”, “Şəhidlərimiz”, “Şəhid ailələrinə dövlət qayğısı”, “Respublika mətbuatının səhifələrin-də”, “Kənd təsərrüfatı”, “İmadəddin Nəsimi–650”, “İdmançılarımız”, “Həkim məsləhəti” və s. qəzetimizin səhifələrini oxunaqlı və maraqlı etmişdir.
    İl ərzində fotoşəkillərdən əyani vasitə kimi geniş istifadə olunmuşdur.
    Qəzetimizin nəşrində ləngimə hadisəsi baş verməmişdir–vaxtında dərc olunmuş və abunəçilərə paylanmışdır.
    İl ərzində “Yeni Tərtər”in elektron variantı da fəaliyyət göstərmişdir. Hazırda saytımızın 10 minlərlə izləyicisi var.
    Maddi cəhətdən sıxıntı çəksək də, bu səbəbdən işçilərimizin sayı azalsa da, yenə redaksiyamız normal fəaliyyət göstərmişdir.
    Məruzə ətrafında “Yeni Tərtər” qəzetinin müxbirləri Elfuzə Vəliyeva və Nübar Mehdizadə, komputerçi Ülviyyə Quliyeva və mühasib Bəxtilə Əliyeva çıxış edərək redaksiyanın bir illik fəaliyyəti ilə bağlı öz fikirlərini söyləmişlər.
    Tədbirin sonunda baş redaktor Tofiq Yusif qarşıda duran vəzi-fələrdən danışmışdır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:38

İsmarıclar bağlıdır.