Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    Tərtər şəhər 4 saylı körpələr evi-uşaq bağçasının kollektivi Yeni il şənliyinə xüsusi hazırlaşmışdılar. Çünki şənlik keçirildiyi gün onların həm də yeni müasir tipli binaya köçmələrinin bir ili tamam olurdu. Uşaqların, valdeynlərin, kollektivin hər bir üzvünün də çöhrəsindən sevinc tökülürdü. Şəhər 2 saylı, 5 saylı, Seydimli və Kəngərli kənd körpələr evi-uşaq bağçalarında da Yeni il şənliyi yaddaqalan oldu. Balacalar Şaxta babanı, Qar qızı, şən “klon”ları alqışlarla qarşıladılar. Şaxta babaya şeir dedilər, səhnəciklər göstərdilər, rəqslər etdilər.
    Tədbirlərdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov balacaları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibəti ilə təbrik edərək, bildirdi ki, ulu öndər “Uşaqlar bizim gələcəyimizdir”,-deyirdi. Müasir tipli, yeni avadanlıqlarla təchiz olunmuş bağçaların istifadəyə verilməsi gələcəyimizə olan diqqətin, qayğının təzahürüdür.
    Ötən illərdə şəhər 2 saylı, Seydimli, Gülabatlı, Sarıcalı kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir olunub. Sonra 100 yerlik “Nərgizim” uşaq bağçası, məcburi köçkünlər üçün salınmış qəsəbədə 280 yerlik möhtəşəm bir körpələr evi-uşaq bağçası istifadəyə verilib.
    Tədbirlər uşaqların sosial mü-dafiəsinin gücləndirilməsi isti-qamətində Azərbaycanda aparılan uğurlu siyasətin məntiqi nəticəsidir.
    Şəhər 2, 4, 5 saylı, Seydimli və Kəngərli kənd körpələr evi-uşaq bağçalarının müdirləri Kəmalə Həsənova, Samirə Paşayeva, Nigar Məmmədova, Hicran Hüseynova və Semnarə Hüseynova çıxış edərək, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə tərtərlilər adından möhtərəm Prezidentimiz İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
    Sonda rayon rəhbəri balacalara Yeni il hədiyyələri payladı.

    Müəllif: Redaktor, 10:41

İsmarıclar bağlıdır.