Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    Görüşdə rayon icra hakimiyyətinin, hüquqmühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə rayon rəhbəri kənd sakinlərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi, onlara uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzuladı.
    Sonra icra başçısı 2019-cu ildə Azərbaycan Res-publikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahının yaxşılaşdığını qeyd etdi.
    Sonra icra başçısı son beş ildə rayonda tikintiabadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, inziba-ti binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini qeyd etdi.
    Sonra Mamırlı kənd İƏD üzrə nümayəndə Şahid Məmmədov ərazidə görülən işlər haqqında məlumat verdi.
    Sonra sakinlərin müraciət-ləri dinlənildi.
    Mamırlı kənd tam orta məktəbin direktoru Məza-hir Cəfərov Mamırlı kəndini Bərdə rayonunun Kələntərli kəndi ilə birləşdirən yolun asfaltlanması, İnti-qam Quliyev pay torpağının sənədləşdirilməsi, Ramil İsmayılov həyat yolda-şının xəstəliyi ilə bağlı pensiyaya çıxmasında yaranan problemlə, Mehman Həsənov məcburi köçkünlərin pay torpağını zəbt etmələri, Təbriz Məmmədov kəndin örüş yerinin zəbtilə, Mah-mud Mahmudov qrunt su-larının axıdılması üçün çə-kilmiş kanalın üstündən körpü salınması ilə bağlı müraciət etdilər.
    Müraciətlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
    Vətəndaşlar əhaliyə gös-tərilən diqqət və qayğıya görə respublika Preziden-tinə öz minnətdarlıqlarını ifadə etdilər.
    Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:47

İsmarıclar bağlıdır.