Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Yan

    Yaşından asılı olmayaraq hər kəsin əhatəsində məktəbdə, işdə və doğmaların arasında ona daha yaxın sirdaş və dost adamlar olur. Dostları bir-birinə bağlayan ən saf hiss hətta ailə üzvləri ilə paylaşa bilmədiklərini bir-biri ilə bölüşməkdir. Əsl dost bütün məqamlarda dəstəyini bizdən əsirgəməyən adamdır. Atalar məsəlidir: “Qardaşın necə adamdır?”
    Cavab verirlər: “Bilmirəm, yoldaş olmamışam”. Bəziləri də deyir ki, dost insanın ailəsidir. Bunu deyənlər yanlış fikirləşirlər. Dostluqda möhkəm olmaq lazımdır ki, bunu qarşı tərəfdən də görə biləsən. İnsani duyğu olan dostluqda vəfa, etibar, hörmət, səmimiyyət və məhəbbət hökm sürməlidir. Yaxşı dost öz yoldaşını da doğru yola dəvət edər, onun mənəviyyatının zənginləşməsi üçün əlindən gələn köməkliyi göstərər. Ağıllı adamlarla dostluq edənlər həyatda müvəffəqiyyətlər qazanırlar. Bu haqda hikmətli atalar sözləri vardır: “Ağıllı düşmən nadan dostdan yaxşıdır”; “Doğru dostluq qərəzsiz olar”; “Yoldaşını nişan ver, özünü tanıt”; “Ağac kökləri ilə insan dostları ilə var olar”; “Dost dosta tən gərək, tən olmasa gen gərək”; “Hər şeyin təzəsi, dostun köhnəsi”; “Dost dosta yaman gündə gərəkdir”; “Dost ziyankar olmaz, ziyankar da dost olmaz” “Dost yolunda boran olar, qar olar” və s. Ən şirin xatirələr dostlarla bağlı olan xatirələrdir. Dost seçəndə həmin insanı yaxşı tanımalıyıq. Dostluqda maddi tərəfdən deyil, gərək mənəvi cəhətdən bərabərlik olsun. Sözsüz ki, bu münasibətdə olan insanların xasiyyətində oxşarlıq vardır.
    Dost dar gündə tanınar deyirlər amma elə şad vaxtlarımızda da onlara ehtiyac duyuruq. Sarsılmaz dostluq birdən-birə yaranmır. Nə vaxtsa dostluq haqqında bir hekayə oxumuşdum. O hekayədə deyilirdi ki: “Bir-birini çox sevən iki səmimi dost birlikdə səyahətə çıxırlar. Necə olursa aralarında mübahisə yaranır. Dostun biri o birisinə sillə vurur. Vurulan qumun üstə: “Bu gün ən yaxşı dostum mənə bir sillə vurdu”.
    Soruşanda deyir:
    Sonra onu ölümdən xilas edəndə bıçaqla daşın üstündə yazır: “Bu gün ən yaxşı bir dostum məni ölümdən xilas etdi”
    Dostü gülümsəyib dedi:
    -Sən mənə sillə vuranda “Bu gün ən yaxşı dostum mənə sillə vurdu” sözlərini quma yazdım ki, əsən küləklər yazını silib aparsın və sənin bu hərəkətini tezliklə unudum. Məni boğulmaqdan xilas edəndə isə bunu daşlara yazdım ki, heç bir külək dostluğumuzu silib aparmasın.
    Fikrimcə, səmimi ünsiyyət hər xırda şeyin üstündə pozulmaz, daimi olar. Dostluqda bağışlamağı bacarmaq lazımdır. Azərbaycan alimi və dövlət xadimi Nəsrəddin Tusi deyib ki, eyibsiz dost axtaran axırda dostsuz qalar.
    Bu atalar sözünü də unutmayaq: “Vəfalı dost yad olmaz, görməsə yüz il səni”.
                                                                                                                                                                                          Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 10:01

İsmarıclar bağlıdır.