Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Yan

    Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə rayon rəhbəri kənd sakinlərini Yeni il münasibəti ilə təbrik etdi, onlara uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzuladı.
    Sonra icra başçısı ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin, xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahının yaxşılaşmasına zəmin yarandığını qeyd etdi.
    Sonra icra başçısı son beş ildə rayonda tikinti-abadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, inzibati binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini qeyd etdi. Bildirdi ki, indi tərtərlilərin müasir tarix-diyarşünaslıq muzeyi, uşaq-gənclər şahmat məktəbi, YAP rayon təşkilatının yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi fəaliyyət göstərir. Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin, şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlər Rəmzləri Muzeyinin tikintisi başa çatıb.
    Sonra Cəmilli kənd İƏD üzrə nümayəndə Mənaf Məmmədov Balakəngərli kəndi haqqında məlumat verdi. İcra nümayəndəsi bildirdi ki, Balakən-gərli kəndinin 141 təsərrüfatı, 455 hektar ərazisi var. Kənddə 502 nəfər əhali yaşayır. Ərazidə ümumi orta məktəb, kitabxana, 3 ticarət və iaşə, 1 məişət obyekti fəaliyyət göstərir.
    Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və bağçılıqdır. Onlar bu il hər hektardan 42,5 sentner taxıl, 30.5 sentner arpa, 279 sentner çuğundur, 20,2 sentner pambıq götürüblər. Kənddə 438 baş iri, 1230 baş xirda buynuzlu heyvan saxlanılır.
    İcra nümayəndəsi kəndin fasiləsiz işıq, qaz və içməli su ilə təmin olunduğunu, su arxlarının 800 metrinin lildən təmizləndiyini, Balakəngərli-Dəmirçilər kəndarası yolunun təmir edildiyini də bildirdi.
    Sonra sakinlərin müraciətləri dinlənildi.
    Ağsaqqal İsgəndər İsgəndərov kəndə daxil olan yüksək gərginlikli elektrik xəttinin həddindən çox yüklü olduğu üçün onun başqa mənbəyə qoşulması, Alim Quliyev suvarma arxlarının lildən təmizlənməsi, Vilayət Qasımov yeni subartezian quyusunun qazılması, Sənan Məmmədov məhkəmənin qərarının yerinə yetirilməməsi, Habil İsmayılov kəndin bütünlüklə telefonlaşması, Camal Əhmədov kəndə çəkilən içməli su bulağının bəzi evlərdən uzaq məsafədə yerləşməsi ilə bağlı müraciət ` etdilər.
    Müraciətlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
    Vətəndaşlar əhaliyə göstərilən diqqət və qayğıya görə Respublika Prezidentinə öz mnnətdarlıqlarını bildirdilər.
    Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.
                                                                                                                                                                                         “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:03

İsmarıclar bağlıdır.