Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

    GƏNCLƏRİMİZƏ BİR NEÇƏ SÖZ

      Bismilləhir-rahmanir-rahim.
    Mehriban və bağışlayan Allahın adı ilə.
    “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O (Rəbbin) ki, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiyi şeyləri öyrətdi”. (Ələq surəsi 1-5-ci ayələr). İslam dini sonuncu səmavi dindir ki, öz nuru ilə bu gün dünyaya işıq saçmaqdadır. Və bu dinin müqəddəs kitabı “Qurani-Kərim”in ilk əmri yuxarıda qeyd olunan ayələr oldu. Deməli, Rəbbimizin biz müsəlmanlara ilk əmri oxumaq, öyrənmək, yazmaq və sözün həqiqi mənasında hərtərəfli gözəl bir insan olmaqdır. Artıq 15 əsrdir ki, “Qurani-Kərim” hər yüzillikdə insanlara öz töhfəsini verməkdədir. Müsəlman aləminin əzəmətli alimləri (İbn Sinaları, Əlxərəzmləri, Biruniləri, Cabir ibn Həyyanları, Nəsirəddin Tusiləri və nəhayət, müasir dövrümüzün akademikləri V. Məmmədəliyev, Lütfizadələri və s.və i.a) elmlərdə öz humanist xidmətlərini etmişlər. Dinimizdə istər Quranın ayələrində, istərsə də hədislərdə insanların elmli, ziyalı olmasına çox təşviq olunur. Məsələn, Quranın “Qələm” surəsinin ilk ayələrində qələmə və onun yazdıqlarına and içilir. Sevimli Peyğəmbərimiz(s) buyurur: “Bir saat elmlə məşğul olmaq neçə rükət təfəkkürsüz və elmsiz ibadət etməkdən daha əfzəldir”. “Elm uzaq Çində də olsa dalınca gedin”. Çağdaş dünyamızın müsəlman aləmində ən böyük problem müsəlmanların Quranın ayələrinə və Peyğəmbərin göstərişlərinə etinasız yanaşmaları və bunun nəticəsində elmdən, təhsildən, dünyagörüşündən uzaq düşərək, sözün tam açıqlığıyla cahilliyə gedib çıxmaqları oldu. Biz bu gün bunun bariz nümunəsini Əfqanıstanda, Pakistanda, Suriyada, Səudiyyə Ərəbistanında və s. müsəlman ölkələrində müşahidə edirik. Bu danılmaz faktdır ki, İslam aləmində baş verən şiddətli qarşıdurmalar, teraktlar, çox sayda insanların öz doğma eveşiklərini tərk etmələrinin fonunda cahillik dayanır. Bəzən bəzi öz maraqlarını güdən insanlar, elmdən, dindən xəbərsiz şəxslərdən istifadə edir, din adına, Allah adına, Peyğəmbər(s) adına yaraşmayan dəhşətli, insanlığa sığmayan və hətta dağı-daşı belə lərzəyə gətirən cinayətlər törədirlər. Çox təəssüf ki, belə insanlar Azərbaycanımızda da mövcuddur. Sevindirici haldır ki, son vaxtlarda aparılan dini, elmi yığıncaqlar gənclərə öz töhfəsini verməkdədir. Heç kəsə sirr deyil ki, Azərbaycanın bəxti heç əzəldən yaxşı gətirmədi! Bəlkə də dövlətimiz yeganə dövlətdir ki, öz halal torpaqları ilə həmsərhəd oldu. 1722-ci ildə Dərbənd Rusiyaya verildi. 1736-cı ildə Borçalı Gürcüstana birləşdirildi. 1828-ci ildə Azərbaycan iki yerə bölünərək Cənubi Azərbaycan İrana verildi. 1918-ci ildə İrəvan, Göyçə 1921-ci ildə Zəngəzur, Dərələyəz mahallarımız “Böyük qardaşları” tərəfindən alçaq ermənilərə peşkəş olundu. Və nəhayət 1988-ci ildən başlayan ermənilərin Azərbaycana torpaq iddiaları bitib tükənmir ki, tükənmir! Buna görə də Azərbaycanlı gənclərin hər birisinə vacibdir ki, dininin də ona əmr etdiyi kimi Vətəni sevsin və onun tarixini, coğrafiyasını, adətənə-nəsini dəqiq öyrənsin və milli-mənəvi dəyərlərinə sahib çıxsın. Dinimiz bizə buyurur ki, Vətənin müdafiəsi uğrunda əziz canından belə keçməyə hər an hazır olmalısan və bu yolda qətlə yetirilən şəhid sayılır, şəhidlər də Quranın bildirdiyi kimi Allah qatında ən əziz kimsələrdir.
    Gənclərimiz tövsiyə: Dininimizi gözəl bir şəkildə öyrənin, xurafatdan, fanatizmdən, aqressivlikdən uzaq olun, Vətənini, xalqını öz canı qədər sevən gözəl bir insan kimi yetişsin! Uca Rəbbimiz dövlətimizi və xalqımızı qorusun. Amin!
                                                                                                                                                                                                   Saleh ƏDİLOV,

                                                                                                                                                      Əskipara kənd məscidinin mütəvəllisi

    Müəllif: Redaktor, 10:25

İsmarıclar bağlıdır.