Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

    Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə rayon rəhbəri ölkəmizdə gedən surətli inkişafdan, Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunun günü-gündən artmasından, onun etibarlı tərəfdaş kimi tanınmasından danışdı.
    Sonra icra başçısı ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahının yaxşılaşdığını qeyd etdi.
    Rayon rəhbəri şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanın, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.
    Qeyd olundu ki, möhtərəm Prezidentimiz islahatların bundan sonra da davam edəcəyini bildirib. Keçirilən islahatları cəmiyyət böyük rəğbətlə qarşılayır. Çünki islahatların əsas məqsədi ölkəmizin beynəlxalq aləmdə mövqeyinin getdikcə möhkəmləndirilməsinə, eyni zamanda əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasına istiqamətləndirilib.
    Sonra icra başçısı son beş ildə rayonda tikinti-abadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, inzibati binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini qeyd etdi.
    Sonra Düyərli kənd İƏD üzrə nümayəndə Ramiz Zeynalov görülən işlər haqqında məlumat verdi.
    Sonra sakinlərin müraciətləri dinlənildi.
    Kənd ağsaqqalı Köçəri Əliyev və Əzizə Cəfərova qəbiristanlığa gedən yolda Təley arxının üstündə olan körpünün təmiri, Sahil Əli-zadə və Əli Abbaslı işlə təmin olunmaları, Xatirə Əliyeva isə oğlunun işlə təmin olunması, Elsevər Abdullayev özünüməşğulluq proqramına cəlb olunaraq heyvan almasına köməklik göstərilməsi, Xəyyam Əhmədov evində olan işığın gərginliyinin aşağı olması, Nazim Quliyevsə pay torpaq sahəsinin zəbt olunması barədə məh-kəmənin qərar verməməsi ilə bağlı müraciət etdilər.
    Müraciətlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
    Vətəndaşlar əhaliyə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını ifadə etdilər.
    Qəbuldan sonra rayon rəhbərinin kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbəti oldu.
                                                                                                                                                                                                        “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:16

İsmarıclar bağlıdır.