Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15Okt

    Bitkiçilik

    2015-ci ilin 9 ayı ərzində rayonda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 45 milyon 433,3 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 7,5 faiz çoxdur. Onun 14 milyon 573,4 min manatı heyvandarlıq məhsullarının dəyəri, 30 milyon 859,9 min manatı bitkiçilik məhsullarının dəyəri olmuşdur.
    Bitkiçilik. Oktyabrın 1-i vəziyyətinə ra-yonda 10 min 842,7 hektar taxıl sahəsi (qarğı-dalısız) biçilib döyülmüş və hər hektardan orta hesabla 35,8 sentner olmaqla bütövlükdə həmin sahələrdən 38 min 867, 7 ton taxıl məhsulu götürülmüşdür. İstehsal olunan taxıl məhsullarının 20 min 837,4 tonu buğda, 18 min 30,3 tonu arpa olmuşdur. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 37,1 sentner, arpa üzrə 34,5 sentner təşkil etmişdir. Hesabat dövründə 178 hektar qarğıdalı sahəsindən quru dənə çevirməklə 861,7 ton məhsul toplanmış, hər hektardan orta hesabla 48,4 sentner qarğıdalı dəni götürülmüşdür. 208 hektar lobya sahəsinin hər hektarından orta hesabla 49,5 sentner alınmaqla bütövlükdə 1029 ton lobya məhsulu toplanmışdır.
    Mövsüm ərzində sahələrdən 6 min 229,7 ton kartof, 12 min 412,4 ton tərəvəz, 52,4 ton bostan məhsulları toplanmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən kartof istehsalı 4,3 faiz, tərəvəz istehsalı 1,4 faiz, bostan məhsulları istehsalı 3 dəfə artmışdır. Hektarın orta məhsuldarlığı kartof üzrə 0,2 sentner artaraq 109,1 sentner, tərəvəz üzrə isə 0,9 sentner artaraq 127,7 sentner olmuşdur.
    Günəbaxan dəninin istehsalı əvvəlki ilə nisbətən 2,8 faiz artaraq 2162 tona çatmışdır. Hər hektardan orta məhsuldarlıq 2014-cü ilə nisbətən 0,2 sentner artaraq 23,3 sentner olmuşdur.
    2014-cü ildə rayonda 724 hektar sahədə emal üçün şəkər çuğunduru əkilmişdir. Hazırda bu məhsulun yığımı davam edir və oktyabrın 1-i vəziyyətinə 366 hektar sahənin (ümumi əkinin 50,5 faizi) çuğunduru qazılıb çıxarılmış və həmin sahələrdən hər hektardan 344,7 sentner olmaqla 12 min 616 ton məhsul götürülmüşdür.
    Cari ildə meyvə və üzüm məhsulu istehsalı artmışdır. Belə ki, oktyabrın 1-i vəziyyətinə 6589 ton və yaxud keçən ildəkindən 1257,8 ton (23,6%) çox meyvə, 576 ton və yaxud 233,7 ton (68,3%) çox üzüm məhsulu top-lanmışdır.
    Məhsul yığımı davam edir.
    Təsərrüfatlarda payız-tarla işləri davam etdirilir. Təmiz herik şumu da daxil olmaqla carı ilin payızlıq əkinləri üçün 10 min 780 hektar sahədə şum qaldırılmışdır.
    Heyvandarlıq.Cows_200808 (330 x 247) Ötən doqquz ay ərzində rayonda heyvandarlıq bölməsində diri çəkidə 2108 ton ət, 13 min 471,5 ton süd, 7 milyon 640 min ədəd yumurta və 124 ton yun istehsal edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 40,4 ton və ya 1,9 faiz, süd istehsalı 2 min 394,2 ton və ya 21,6 faiz, yumurta istehsalı 60 min ədəd və ya 0,8 faiz, yun istehsalı 0,7 ton və ya 0,6 faiz artmışdır. Ok-tyabrın 1-i vəziyyətinə təsərrüfatlarda 26 min 342 baş qaramal, o cümlədən 11 min 836 baş inək və camışlar, 72 min 560 baş qoyun və keçi mövcud olmuşdur. 2014-cü il oktyabrın 1-i ilə müqayisədə qaramalın sayı 1,5 faiz, o cümlədən inək və camışların sayı 0,8 faiz, qoyun və keçilərin sayı 1,9 faiz artmışdır.
    Əhalidə olan qaramalın xüsusi çəkisi iri malda 99,2 faiz, qoyun və keçilərdə 97,7 faiz təşkil etmişdir.

    TƏRTƏR RAYON
    STATİSTİKA İDARƏSİ

    Müəllif: Redaktor, 09:36

İsmarıclar bağlıdır.