Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Fev

    Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyi fəaliyyətə başlayıb
    Heydər Əliyev mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi fə-aliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətlərinin rəhbərliyi, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
    Açılış tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar.Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq.
    Çıxış edənlər gəncləri bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət ediblər.
    Sonra tədbirin iştirakçıları üçün Heydər Əliyev mərkəzində fəaliyyət göstərən muzeyə ekskursiya təşkil olunub, mərkəzin imkanları barədə qonaqlara ətraflı məlumat verilib.
    Tədbir gənclər üçün musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam etdirilib. Region gəncləri, həmçinin, “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.
                                                                                                                           “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:52

İsmarıclar bağlıdır.