Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Fev

    Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 2019-cu ilin dərin islahatlar ili kimi tarixə qovuşduğunu, Milli Məclisə seçkilərin Azərbaycanda demokratiyanın sürətli inkişafından xəbər verdiyini bildirdi. Tərtərlilər seçkilərdə fəallıq göstərdilər və öz namizədlərinə səs verdilər. İcra başçısı seçkidə fəallıq göstərdiklərinə görə vətəndaşlara öz təşəkkürünü bildirdi.
    Qeyd olundu ki, son beş ildə rayonda tikinti-abadlıq işləri geniş vüsət alıb, yeni yollar çəkilib, körpülər tikilib, yeni inzibati binalar, körpələr evi-uşaq bağçası istifadəyə verilib.
    Sonra Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikok görülən işlər haqqında məlumat verdi.
    Daha sonra vətəndaşların müraciətləri dinlənildi. Güləbatlı kənd tam orta məktəbinin direktoru Asif Alıkişiyev məktəbin çəkil bağına gələn arxın təmizlənməsinə, Əzim Qaraşov kənddə 1 ədəd yeni subartezian quyusunun qazılmasına, Şikar Aslanov isə pay torpağında olan ağacın yüksək gərginlikli elektrik xəttinə toxunduğu üçün ağacın kəsilməsinə ehtiyac olması ilə bağlı müraciət etdilər.
    Müraciətlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
    Vətəndaşlar əhaliyə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.
    Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

    Müəllif: Redaktor, 12:03

İsmarıclar bağlıdır.