Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15Okt

    kinyazBiz kənddə doğulub, böyümüş insanlar gözü-müzü açandan ata-analarımızın mal-qara bəs- lədiyini, tarla işləri ilə məşğul olduqlarını, qapıda çoxlu sayda ev quşları saxladıqlarını görmüşük.
    İndi də biz gənclər həmin estafeti böyüklərimizdən qəbul edib bu işlərlə özümüz məş-ğul oluruq. Hazırda bizim həyətimizdə 4-5 baş mal-qara, xeyli qoyun-quzu var. Həyətimizdə 150 başdan çox ev quşları bəsləyirik. Bir sözlə, ailəmizin bütün dolanışığı bu işlərdən çıxır.
    Həyətyanı torpaq sahəmizdə isə hər cür bostan-tərəvəz əkib becəririk. Elə buna görə də bazardan heç nə almağa ehtiyac qalmır. Torpaq islahatı keçiriləndən sonra bizim ailəmizə 2 hektardan çox torpaq sahəsi düşüb. Həmin sahələrdə mal-qara üçün yonca becəririk. Hər 3-4 ildən bir növbəli əkin sisteminə əsasən taxıl, arpa əkirik. Əkinçilər yaxşı bilirlər ki, həmişə yonca yerinə taxıl əkəndə, yaxşı məhsul götürülür: hər hektardan 35-40 sentner.
    Ancaq mənfur qonşularımız Dağlıq-Qarabağ münaqişəsini başlayandan yay vaxtı kanallara su buraxmırlar. Bu səbəbdən cari mövsümdə də 2 hektar sahəni cəmi 2 dəfə biçmişik. Hansı ki, əvvəllər yoncalıqları 4-5 dəfə biçər, 1000-1500 ədəd kip bağladardıq.
    Mən özüm ixtisasca mexanizatoram. Həyətimdə bir neçə kənd təsərrüfatı texnikası var. Sovet dönəmində adım həmişə qabaqcıl işçilərlə bir sırada çəkilərdi…
    Kənd həyatına dərindən bağlandığıma görə şəhərə, qohumları yoxlamağa gedəndə, bir gündən artıq qala bilmirəm. Kənd həyatı üçün darıxıram. Bir sözlə, biz kənd adamları həyət-bacadan, torpaqda işləməkdən zövq alır, ailə büdcəmizi möhkəmlətmək üçün var qüvvəmizlə çalışırıq.

    Knyaz Səfərov,
    Ağkənd kəndində ailə fermer
    təsərrüfatının başçısı

    ,

     

    Müəllif: Redaktor, 10:19

    Teqlər:

İsmarıclar bağlıdır.