Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Mar

    Pambıq ölkəyə valyuta gətirən, sənaye istehsalına təkan verən sahə olmaqla yanaşı, həm də insanların məşğulluğunun təmin edilməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərən sahədir. Ona görə də kənd əməkçilərinin torpağa bağlılığı günbəgün daha da artır.
    İlkin Qurbanov da iki ali təhsil almasına, müəyyən vəzifələrdə işləməsinə baxmayaraq torpağı sevdi, ona ürəkdən bağlandı, “bir torpaq, bir sən” prinsipi ilə torpağa can yandırmağa başladı. Artıq 20 ilə yaxındır ki, torpaqla dostlaşıb, onunla ülfət bağlayıb, nazını çəkib. Torpaq isə bu zəhmətin qarşılığında üz ağardıb, baş ucaldıb, nəticədə sahibini şöhrətləndirib.
    Bu zəhmətkeş insanı yaxından tanımaq üçün onunla görüşüb, qazandığı uğurların səbəbi haqqında özündən eşitməyi qərara aldım. İlkin Qurbanov rayonumuzun Qarağacı kəndindəndir. Kənd təsərrüfatı elmlər namizədi Fərman Qurbanovun oğludur. İlkin uşaqlıqdan atasının torpağa dərin sevgi bəslədiyini, təhsilə isə ciddi önəm verdiyini görüb. Ona görə də bunların hər ikisi Fərman Qurbanovu rayon sakinlərinə tanıdıb. Hələ sovet dönəmində “Bakı fəhləsi” kolxozunda aqronom, kolxoz sədri və bir çox başqa vəzifələrdə çalışıb. Hamısı da torpaqla, əkin-biçinlə əlaqəli olub. Məhz oğlu İlkin də atanın yolunu seçib. O, Bakı şəhərində İqtisad Universitetini və Gəncə şəhərində Aqrar Universiteti bitirmişdir. Özü dediyi kimi Rusiyaya getsə də, burada işlə təmin olunsa da, bunlar onu qane etməyib. Yenidən üz tutub doğma ocağına, doğma kəndinə. 2006-cı ildən “Tərtər” MMC toxumçuluq təsərrüfatında aqronom işləyir. Həm də fermer kimi fəaliyyət göstərir. Taxıl, pambıq, şəkər çuğunduru, soğan əkib, tinkçiliklə məşğul olub. Təkcə doğulduğu Qarağacı kəndində deyil başqa təsərrüfatlardakı yararsız torpaqları icarəyə götürərək yararlı sahəyə çevirib. Nəticədə həm öz ailəsini ruzi ilə təmin edib, həm də işsiz şəxslərin işləməsinə səbəb olub.
    Son illərdə kimyəvi dərmanların tətbiqi, yeni müasir texnikalarla təminat, subsidiyala-rın verilməsində yeni qaydaların tətbiqi, bütövlükdə dövlətin kənd təsərrüfatına göstərdiyi dəstək, əmək adamlarına olan diqqət, qayğı pambıqçılığa marağı daha da artırıb. Bu səbəbdən də qabaqcıl fermerlərin sayı çoxalıb. İlkin Qurbanov da pambıqçılıqdan gələn gəlirin daha yüksək olduğunu nəzərə alaraq diqqətini bu sahəyə yö-nəldib. Ötən il qabaqcıl fermer Buruc kəndində 46 hektar torpaq sahəsində pambıq əkib-becərmişdi. Bütün aqrotexniki tədbirləri vaxtlı-vaxtında gördüyündən nəticə də sevindirici olmuşdu. Özü bu barədə deyir:
    –Ötən il hava şəraitinə görə pambığın ili idi. Həm də mütəxəssislərin məsləhətinə vaxtında əməl etdiyindən 240 tona yaxın pambıq istehsal edib, təhvil verdim. Bu nəticə hər hektardan 52 sentner deməkdir. Yığım zamanı əsasən texnikanın gücündən istifadə edildi.
    Ümumiyyətlə, 2019-cu ildə pambıqçılıq sahəsində həm rayonumuz üçün uğurlu nəticələr alınmışdı, həm də mənim üçün. Pambıqçılıqda qazandığım yüksək nəticəyə görə ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2-ci dərəcəli “Əmək ordeni” ilə təltif olunmuşam. Bu etimadı mən təkcə özümün deyil, həm də mənim əhatəmdə çalışan, zəhməti olan hər kəsin əməyinə verilən qiymət kimi dəyərləndirirəm. Qabaqcıllığı əldə saxlamaq üçün daha çox çalışmalıyam. Məqsədim bu il 70 hektarda pambıq, 11 hektarda şəkər çuğunduru əkib-becərməkdir. Sözsüz ki, əkinçilikdə təbiətin tənzimləyici rolu böyükdür. Əgər təbiətin şıltaqlığı ilə qarşılaşmasaq, daha yüksək nəticələr qazanmaq mümkündür.
    Bunun üçün əvvəlcədən lazımi aqrotexniki tədbirləri həyata keçirib, bol məhsulun bü-növrəsini indidən qoyuruq. Pambıq əkini zamanı ən əsası növbəli əkindən istifadə edirik. Ona görə də pambıq əkiləcək sahələr indidən şumlanıb səpi-nə hazırlanır. İnanıram ki, bu ilki mövsüm də uğurlu olacaqdır. Yaxşı bilirəm ki, uğura aparan yol zəhmətdən keçir.

                                                                                                                                                                                                  Materialları qələmə aldı:
                                                                                                                                                                                                  Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 11:25

İsmarıclar bağlıdır.