Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Mar

    Torpaqları bərəkətli, təbiəti gözəl, havası, suyu təmiz, insanları işgüzar və zəhmətkeş olan qəhrəman Tərtərdə bu günlərdə tarlalarda yaz əkin işləri davam edir. Təsərrüfat sa-hibləri hazırda buğda, arpa, yonca və meyvə bağlarında ziyanvericilərə və gəmiricilərə qarşı mübarizə işləri aparmaqla, həmin ərazilərdə aqrotexniki qulluq qaydalarını da davam etdirirlər.
    Fermerlərimiz məhsuldarlığın artırılması üçün üzvü gübrənin verilməsi işlərini yüksək səviyyədə aparırlar. Hazırda rayonumuzda tərəvəz əkin sahələrimiz vardır və bu sahələr soğan və sarımsaq bitkilərindən ibarətdir. Fermerlərimiz bu əkinlərə yüksək səviyyədə qulluq edirlər. Xüsusilə də Soylan kənd sakinləri fermer Ruslan Quliyev, Faiq Mirzəyev, Qapanlı kənd sakini Fuad Allahverdiyev, Dəmirçilər kənd sakini Səyavuş Qəmbərov kimi təsərrüfat sahibləri soğan əkin sahələrində eləcə də, Əskipara ərazisində fermer Emin Qurbanovun əkmiş olduğu sarımsaq sahəsində aparılan aqrotexniki qulluq tədbirləri cavab verilərək becərilməsi yüksək məhsulun olacağı xəbərini verir.
    Qarağacı kənd sakini fermer Elnur Sedak yazlıq əkinlərdən soğan toxumunun səpini 3 hektar ərazidə innevativ texnologiya tətbiq etməklə (damcı üsulu) ilə aparmışdır. Təsərrüfatlarda yazlıq bitkilərin səpilməsi üçün görülən işlər də aqrotexniki tədbirlər əsasında aparılır. Sahələrdə qış aratının aparılması, alaq və bitki qalıqlarının təmizlənməsi, mart və aprel aylarında səpiləcək toxumlar üçün səpinqabağı sahələrin hazırlanması hal-hazırda bacarıqlı fermerlərimiz tərəfindən yüksək səviyyədə həyata keçirilir. Bu işlərin aparılması və görülməsi təsərrüfat sahibləri tərəfindən həvəslə yerinə yetirilir.
    Kənd zəhmətkeşlərinin dili ilə desək, bu il də rayonumuz kənd təsərrüfatı istehsalı sahəsində yenə də irəlidə olacaqdır.
                                                                                                                                                                                                                 Arif BEHBUDOV,
                                                                                                                                                                   Tərtər DAİM Bitkiçilik sektorunun müdiri

    Müəllif: Redaktor, 11:39

İsmarıclar bağlıdır.