Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Mar

    YAP rayon təşkilatı qərargahında Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə rayon Qadınlar Şurasının üzvləri, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan fəal YAP üzvü olan qadınlar iştirak etdilər.
    Tədbiri giriş sözü ilə açan rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov açdı.O, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının rus ordusuna məxsus 366-cı alayın bilavastə iştirakı ilə Xocalı şəhərinə edilən basqın və bunun nəticəsi olaraq yüzlərlə uşaq, qadın və qoca insanların vəhşicəsinə qətlə yetrilmələrindən danışdı, o zamankı qətiyyətsiz respublika rəhbərliyinin laqeydliyi barədə söz açdı.
    YAP rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Svetlana Əzizova geniş məruzə ilə çıxış etdi. O, öz məruzəsində Azərbaycanın çağdaş tarixində unudulması müm-kün olmayan xalqın şüuruna dərin iz salaraq onu daim mübarizəyə kökləyən qan yaddaşımıza çevrilmiş Xocalı faciəsinin heç vaxt yaddaşlardan silinməyəcəyindən, 28 il öncə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə amansız cinayətə yol vermiş ermənilərin qəddar, qaniçən millət olmalarından, terroru dövlət siyasətinə çevirmələrindən, bu qətliam zamanı yalnız azərbaycanlı olduqlarına görə 613 dinc sakini, o cümlədən, 63 uşaq, 106 qadın, 70 qocanın vəhşicəsinə qətlə yetirilməsindən, 487 nəfərin ağır xəsarət almasından və 1275 nəfər köməksiz Xocalı sakinlərinin girov götürülməsi faktlarından danışdı. Məruzə ətrafında rayon icra hakimiyyətində könüllülər–Dünya Əhmədzadə və Mehriban Zalzadə, Ələsgərli kənd tam orta məktəbin müəllimi Almaz Bayramova, Umudlu kənd tam orta məktəbin müəllimi Qızbəs Hüseynova, Tərtər İlk İxtisas Peşə Təhsili Məktəbin Psixoloqu Esmira Hüseynova, kitabxanaçı Rufanə Rəcəbli, rayon təhsil şöbəsinin metodisti Gül-xar Abbasova, Poladlı kənd məktəbinin müəllimi Arzu Cahangirova, Qaraağacı kənd tam orta məktəbin müəllimi Rahilə Manaflı çıxış etdilər.
    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:58

İsmarıclar bağlıdır.