Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Mar

    Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət
    təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 2019-cu ilin dərin islahatlar ili kimi tarixə qovuşduğunu bildirdi.
    Qeyd olundu ki, ötən il Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində ölkədə maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər demək olar ki, bir ildə iki dəfə artdı.
    Sonra rayon rəhbəri bildirdi ki, son beş ildə rayonda tikinti abadlıq işləri ge-niş vüsət alıb, yeni yollar çəkilib, körpülər tikilib, yeni inzibati binalar, körpələr evi-uşaq bağçası istifadəyə verilib.
    Daha sonra Borsunlu kənd İƏD üzrə nümayəndə Xaləddin Qarayev görülən işlər haqqında məlumat verdi.
    Kənd sakinləri Vaqif Qədimov, Şəhla Alışanova, Fuad Bilalov, Arif Məmmədov, Möhübbət İsmayılov çıxış edərək, kənd yolunun asfaltlandığı, kəndin fasiləsiz qaz, işıqla təmin olunduğu üçün respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər. 21 ailənin həyətyanı sahəsinin su ilə təmin olunması üçün plastik borularla 400 metr məsafədən su çəkilməsinə, elektrik təsərrüfatının yenidən qurulmasına, pay torpaqlarına gedən yolun yaxınlaşdırılması üçün yeni çəkilən kanalın qolunun üstündən körpü salınmasına ehtiyac olduğu qeyd olundu.
    Müraciətlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
    Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

    Müəllif: Redaktor, 12:12

İsmarıclar bağlıdır.