Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    YUNESKO-nun 1999-cu ildə keçirilən 30-cu iclasında hər il martın 21-i “Beynəlxalq Poeziya Günü” elan edilib.
    Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir.
    Azərbaycanda poeziyanın ilk nümunələri şifahi xalq ədəbiyyatı zəminində formalaşmış bayatılar, holavarlar, sayaçı sözləri və digər mövsüm-mərasim nəğmələridir.
    Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra yazıçı və şairlərimizə qayğı daha da artmış, bədii fikrin nadir hadisəsi olan poeziya xalqımızın mənəviyyatının ayrılmaz hissəsi kimi yeni inkişaf mərhələsinə yüksəlmişdir.
    Məhz Azərbaycan dünyaya Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, İzzəddin Həsənoğlu, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani və onlarla digər dahi şairləri bəxş edib.
    XX-XXI əsrdə bu ənə-nələr Mikayıl Müşfiq, Məmməd Araz, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Nüsrət Kəsəmənli, Əli Kərim, Ramiz Rövşən, Musa Yaqub və digərləri ilə davam etdirilib.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu ili rəsmi olaraq “Nəsimi ili” adlandırması Azərbaycan poeziyasına göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir.

    Müəllif: Redaktor, 13:18

İsmarıclar bağlıdır.