Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    QIZIL AYPARA GÜNÜ

    Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1925-1991-ci illər ərzində Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətini davam etdirmişdir.
    Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə hər ilin 10 mart tarixi Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.
    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tərtər rayon bölməsi öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa səy göstərir. Bölmədə 30 nəfər könüllülər var və bu könüllülər bütün tədbirlərdə fəal iştirak edirlər.
    Az.QAC-nın Tərtər rayon bölməsi rayonun öz təmas xəttində yerləşən 11 kəndində uşaqların asudə vaxtlarını səmərəli və təhlükəsiz keçirməsi üçün Təhlükəsiz Oyun Meydançalarının tikilib istifadəyə verilməsinə nail olmuşdur. Qızıl Aypara Cəmiyyəti Tərtər rayon bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsi hər ay məktəb və Kənd icmalarında İlk yardım, yayım sessiyası, insan alverinə qarşı mübarizə, silahlara qarşı təhlükəsiz davranış, QİÇS və AİDS xəstəlikləri haqda maarifləndirici təlimlər keçirir. Hər bayramda bölmənin qeydiyyatında olan aztəminatlı insanlara bayram sovqatı paylanır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Az.QAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) uğurlu əməkdaşlığının daha bir nəticəsi olaraq 19 İyul 2019-cu il tarixində Tərtər rayon bölməsinin nəzdində peşə tədris mərkəzi açıldı. Bu layihə Az.QAC tərəfindən verilən təlim xidmətlərini yaxşılaşdırmaq, müvafiq təhsil imkanları və bacarıqları, kompüter bilikləri əldə etmək üçün könüllülərə və digər gənclərə dəstək olacaqdır.
    Az.QAC-ın Tərtər rayon bölməsi bundan sonra da öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün əlindən gələni əsirgəməyəcək.

    Müəllif: Redaktor, 13:53

İsmarıclar bağlıdır.