Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyin rəhbər heyəti Od çərşənbəsi və hərbi hissənin yaranmasının 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib.
    Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev bayram şənliyində iştirak edərək Müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb.
    Tədbirdə çıxış edən general-mayor Hikmət Həsənov, Tərtər rayon Icra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və digərləri hərbi hissənin keçdiyi döyüş yolundan, ordu quruculuğu sahəsində də ölkəmizdə uğurla həyata keçirilən islahatlardan danışıblar. Mərasim iştirakçıları keçirilən genişmiqyaslı komanda-qərargah təlimlərinin də hərbi qulluqçuların peşəkarlı-ğının və hərbi hissələrin dö-yüş qabiliyyətinin yüksəldil-məsi baxımından böyük əhəmiyyət kəsb etdiyini xüsusi qeyd ediblər.
    Dövlətimizin diqqət və qayğısı sayəsində şəxsi heyə-tin döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətinin, döyüş ruhunun yüksək olduğunu söy-ləyən hərbi qulluqçular torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olduqlarını bildiriblər.
    Bayram tədbirində xidmətdə fərqlənən hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib. Tədbir bayram tonqalı ətrafında davam etdirilib.

    Müəllif: Redaktor, 14:58

İsmarıclar bağlıdır.