Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    Görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 2019-cu ilin dərin islahatlar ili kimi tarixə qovuşduğunu qeyd etdi. Bildirdi ki, ötən il Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində ölkədə maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər demək olar ki, iki dəfə artdı.
    Sonra rayon rəhbəri, son beş ildə rayonda aparılan tikinti abadlıq işlərindən də danışdı.
    Sonra Qarağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov görülən işlər haqqında məlumat verdi.
    Kənd ağsaqqalları Şakir və Şükür Əhmədovlar, Məhəmməd Nuriyev çıxış edərək, kəndin fasiləsiz qaz, işıq, su ilə təmin olunduğuna, sosial məsələlər diqqət mərkəzində saxlanıldığına görə respublika Prezidenti İlham Əliyevə kənd sakinləri adından minnətdarlıqlarını bildirdilər, kənddə yeni artezianın vurulmasına ehtiyac olduğunu söylədilər. Maasif İsayev kəndin elektrik xətlərinin kabelləşməsi, Səxavət Məmiyev təzə məhlədə tikilən 25 evin yeni işıq transformatoruna ehtiyacı olması, Arzu Məmmədova icarəyə verdiyi pay torpağını geri ala bilməməsi haqqında müraciət etdilər.
    Müraciətlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
    Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.
                                                                                                                                                                                                               “Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:06

İsmarıclar bağlıdır.