Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Mar

    1992-ci il fevralın 17-də erməni millətçiləri keçmiş sovet ordusunun 366-cı alayının köməyi, Ermənistan silahlı qüvvələrinin və erməni terror təşkilatlarının iştirakı ilə Xo-cavənd rayonunun Qaradağlı kəndində dəhşətli soyqırımı törədiblər. Ancaq Qaradağlının qara günləri hələ bir qədər əvvəl başlamışdı.1990-cı il noyabrın 24-də 3 nəfər Qaradağlı sakini “Xocavənd-Xankəndi” yolunun 6 kilometrliyində vəhşicəsinə qətlə yetirildi. 1991-ci ildən Qarabağın dağlıq hissəsində gərginlik get-gedə artırdı. Hadisələr böyük fəlakətin yaxınlaşma-sından xəbər verirdi. 1991-ci il yanvarın 9-da kəndə gələn avtomaşın atəşə tutuldu, 1 nəfər öldürüldü, 4 nəfər yaralandı, sonradan onlardan 2-si aldığı yaralardan dünyasını dəyişdi. Daha sonra ermənilər martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər.1991-ci il iyunun 27-28-də Xocavənd rayonunda ermənilərin “Qarabağ” terror təşkilatının üzvləri Qaradağlı kəndinə hücum edərək Vərəndəli fermasında 6 nəfər kənd sakinini (3 nəfər qadın olmaqla) diri-diri yandırdılar, bunun ardınca isə sentyabrın 8-də ermənilər Qaradağlı kəndində 3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırmış, 2 nəfərin isə başını kəsmişdilər. Elə həmin gün “Ağdam-Qaradağlı” marşrutu ilə işləyən avtobusun atəşə tutulması nəticəsində 8 nəfər həlak olmuş, 42 nəfər yaralanmışdı. Ümumilikdə 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin “Ağdam-Xocavənd” və “Ağdam-Qaradağlı” avtobuslarını atəşə tutması nəticəsində 17 nəfər həlak olmuş, 90 nəfərə qədər azərbaycanlı yaralanmışdı. 1992-ci ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törətdilər. Həmin qanlı hadisələr Xankəndində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı və 81-ci alaylarının iştirakı ilə həyata keçirilmişdi. Fevralın 13-17-də erməni silahlı dəstələrinin Qaradağlı kəndinə hücumu zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, kəndin “Bəylik bağı” adlanan yerində 33 nəfər güllələnmiş, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışdılar. Əsirlərin bir hissəsi “Qaradağlı-Xankəndi” yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülüb və hamının gözü qarşısında güllələnib. İki nəfər “Zəki bulağ”ında, 2 nəfər Cəmiyyət kəndində öldürülüb. Əsirlikdə olan 68 nəfər kənd sakininə ermənilər əzab və iş-gəncələr verərək onları amansızlıqla qətlə yetiriblər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid olub. Beş nəfərin taleyi bu günə qədər məlum deyil. Xankəndi və Əsgəranda 2 aydan artıq saxlanılan 54 nəfərdən 18-i əsirlikdən qayıtdıqdan sonra ağır işgəncə və əzabla-rın nəticəsi olaraq vəfat edib. Əsrlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla çıxardılması, ac-susuz saxla-nılması, işgəncə verilərək öldürülməsi insanlığa qarşı törədilmiş ən ağır cinayət hadi-səsi idi”. Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülüb, 42 ailə öz başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. Ümumilikdə əhalisi ermənilər tərəfindən əsl soyqırımına məruz qalmış bu kənddə 91 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə aparıb. Qeyri-bərabər döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak olub. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
    İşğal nəticəsində Qaradağlıda 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və çoxlu sayda digər sosial obyektlər dağıdılıb. Xocavənd rayonunun ən çox itki verən və böyük döyüş yolu keçən kəndlərindən biri məhz Qaradağlıdır. Bütövlükdə 20yə yaxın erməni kəndinin əhatəsində olan Qaradağlı kəndi Xankəndi yolunun üstündə yerləşirdi. 1988-1992-ci illərdə erməni silahlı dəstələri bu yoldan keçməyə cürət etməyərək digər erməni kəndlərindən keçib getməli olurdular. Vətəni kömək olmadan müdafiə edən qaradağlılar doğma yurdun hər daşı, hər qayası uğrunda sonadək mübarizə apardılar. Qaradağlıda və Yuxarı Qarabağın digər yaşayış məntəqələrində erməni vandallarının törətdikləri soyqırımı və dağıntılar xalqımızın qan yaddaşına əbədi yazılaraq heç vaxt unudulmamalıdır.

    Müəllif: Redaktor, 09:08

İsmarıclar bağlıdır.