Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Mar

    (Tofiq YUSİFƏ)

    Nələr gördü, nə düşündü, nə yazdı,

    Şükür hələ Dədəm Qorqud varıymış.

    Anlamayan yəqin ağlı dayazmış,

    Söz mülkünün sərvətiymiş, varıymış,

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Sən ilqara, vəfaya bax, a qardaş,

    Tənhalıqda uca dağa qar adaş.

    Bizdən ötrü o göyərən qara daş

    Dar ayaqda arpa cadı, darıymış,

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Duman tutub, çətin keçəm bu dağdan,

    Yurd gəzirəm o dağ zülmət, bu dağ dan.

    Ağıl dözmür, sallanan çox budaqdan,

    Gövdə də ki, bir qocalmış qarıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Sən də hərdən, ara dostu, dəy, toxun,

    Nə bir qəlbi incit, nə də dəy, toxun.

    Min-min acdan yox xəbəri day toxun–

    Dövlətlinin qulaqları karıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Bu xınaya bənzəməyir o xına,

    Müəmmadır, çətin hələ oxuna.

    Su tökdülər Yalıncığın oxuna,

    Onun da ki, əsli-kökü xarıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Rafiq, ha dönsə də dünyanın dəfi,

    Şair–haqq aşiqi, pozulmaz səfi.

    Getdi, qoydu varis Tofiq Yusifi,

    Halal olsun, bəxti ona yarıymış!

     Qəbri nurla dolsun Məmməd Arazın!

    Rafiq NƏSİROV

    Müəllif: Redaktor, 09:29

İsmarıclar bağlıdır.