Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09May

    KORONAVİRUSU VECLƏRİNƏ
    ALMAYANLAR

    Bu Tərtər camaatı ki, var ha, çox cəsur və igid camaatdır. Heç nədən qorxmur, heç nədən çəkinmir. Məsələn, illərlə erməni quldurlarıyla müharibə apardı, yüzlərlə şəhid verdi, evləri-eşikləri darmadağın oldu, am-ma bir addım da geri çəkilmədi, uşağından-böyüyünə, kişisindən-qadınına, qədər hamı müsəlləh əsgərə döndü, döyüşdü və bir qarış torpaq da yağıya vermədi, əksinə, bir çox yaşayış məntəqələrini erməni tapdağından azad etdi.
    İndi deyirsiniz ki, bu tərtərlilər gözə görünməyən bir virusdur, nədir, ondan qorxub, evdən bayıra çıxmasınlar?! Ay-hay!
    Ona görə də bəzi tərtərlilər karantin rejiminin məhdudiyyətlərinə məhəl qoymadan küçələrdə o yana-bu yana məqsədsiz gəzir, dolaşır, özünü, ailəsini, bir sözlə, ətrafdakıların həyatlarını təhlükəyə atırlar. Fikirləşmirlər ki, bu döyüş meydanı deyil, çox təhlükəli koronavirusdur! Ondan qorunmaq lazımdır.
                                                                                                                                                                                                        “Yeni Tərtər

    Müəllif: Redaktor, 08:52

İsmarıclar bağlıdır.