Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15Okt

    nikah 1Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasiminin keçirilməsi artıq bir ənənə halını alıb.
    Bu günlərdə Tərtər şəhər sakini Allahverdiyev Samir Kamal oğlu ilə İsmayılbəyli kənd sakini Səfərova Samirə Rəsul qızının nikah mərasimi keçirilib. Yeni ailə quran gənclər öz doğmaları ilə birlikdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edərək, mərkəzdəki büstünün önünə gül-çiçək dəstələri qoyublar.
    Mərasim iştirakçıları ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açıb, yeni ailə quran cütlüyə xoş arzularını bildiriblər. Sonra mərkəzin geniş və yaraşıqlı foyesində nikah aktının imzalanması mərasimi olub. Çıxış edənlər bəylə gəlini bu əlamətdar və unudulmaz gün münasibəti ilə təbrik edib, onlara ailə səadəti arzulayıblar.
    Yeni ailə quranlar və onların doğmaları bu günün onlar üçün əlamətdar hadisə olduğunu və nikah mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını söyləyib və dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
    Sonda yeni ailə quran gənclərə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:01

    Teqlər:

İsmarıclar bağlıdır.