Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09May

    Bildiyimiz kimi, ermənilər əsrlərdir ki, bizə qarşı düşmən münasibətdədirlər. Son bir əsrdə başımıza gətirdikləri müsibətləri isə dünya birliyi nəinki görmək, hətta eşitmək belə istəmir. Amma bəzən həqiqət insana elə baxır ki, ondan yayınmaq, gizlənmək və qaçmaq heç cür mümkün olmur. Birdən heç kimin gözləmədiyi bir olay baş verir. Yüz illərlə deyilmiş yalanlar içindən ortaya bir həqiqət çıxır və kor gözləri açır, kar qulaqları deşib-keçir.
    Erməni hərbi eksperti Rusiyanın bir elektron mediasına müsahibə verərkən deyir ki, bu gün Ermənistan adlandırılan torpaqlar son qarışına qədər qədim türk torpaqlarıdır.
    Rusiya internet saytlarının birində erməni mənşəli hərbi ekspert Xoren Aşotoviç Abramyanın müsahibəsini oxudum və öz xalqımla bir daha qürur duydum. Ru-siyanın tanınmış jurnalisti Vladi-mir Vladimiroviç Mixaylovun su-allarına erməni ekspertinin verdiyi cavablar öz obyektivliyi ilə xeyli fərqlənir. Həmin müsahibəni olduğu kimi diqqətinizə çatdırıram:
    –Xoren Aşotoviç, siz bir hərbi ekspert olaraq 2016-cı ilin aprelində Qarabağda gedən döyüşləri necə dəyərləndirirsiniz?
    –Obyektiv olmağa çalışacağam. Aprel döyüşləri ermənilərin təhriki ilə başlandı. Atəşkəs əldə olunandan, yəni 1994-cü ildən bəri ermənilər hər gün atəşkəsi dəfələrlə, sutka ərzində yüz-yüz əlli dəfə, bəzən daha çox pozmuş, heç bir günahı olmayan yüzlərlə mülki insanın––kişi, qadın, qoca, cavan, hətta körpə uşaqların qanını axıtmışlar. Təbii ki, Azərbaycan türkləri də cavab atəşləri ilə əks tərəfi susdurmalı olmuşlar.
    Apreldə yenidən döyüşməyə məcbur edilən Azərbaycan öz ordusunun Ermənistan ordusu ilə müqayisədə qat-qat üstünlüyə, böyük dağıdıcı imkanlara malik olduğunu sübut etdi. Bu döyüşləri yaxından-uzaqdan izləyən hərbi ekspertlərin qeyd etdikləri kimi, nəinki Ermənistanın Qarabağda yerləşdirilmiş ordu hissələri, hətta Ermənistan ordusu bütövlükdə Azərbaycan ordusu qarşısında bir aydan artıq davam gətirə bilməz.
    Aprel döyüşləri zamanı Azərbaycan döyüşçülərinin hücumuna tab gətirməyib pərən-pərən düşən ermənilərin durumu heç də qənaətbəxş deyil. Aprel döyüşləri zamanı Azərbaycan türkləri böyük ərazilərə nəzarət etməyə imkan verən bir neçə strateji əhəmiyyətli yüksəkliyi ələ keçirməklə bizim döyüşçülərin vəziyyətini daha da çətinləşdirmişlər.
    Eyni zamanda aprel hadisələri Azərbaycan döyüşçülərinin qələbəyə inamını artırmış və ictimaiyyətdə ruh yüksəkliyini təmin etmişdir.
    –Siz ermənilər azərbaycanlı-ları həmişə türk adlandırırsınız. Niyə? Axı onların milliyyəti sə-nədlərdə “azərbaycanlı” kimi qeyd olunub.
    –Azərbaycan məkandır və bu məkanda yaşayanların hamısı azərbaycanlıdır. Azərbaycanda yüz illərdən bəri ləzgi, erməni, rus, gürcü və s. xalqların nümayəndələri türklərlə bərabər yaşayırlar. Türklər min illərlə bu ərazilərdə yaşamış və bu torpaqların şəriksiz sahibləridirlər. Azərbaycan türklərini yalnız keçən əsrin ortalarına yaxın azərbaycanlılar adlandırmağa başlamışlar. O zamankı SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) rəhbərlərinin əsas məqsədi Azərbaycan türklərini Türkiyədən uzaq salmaq, öz soykökündən ayırmaq olmuşdur.
    Keçən əsrin 40-cı illərinin sonlarına qədər Azərbaycan türklərinin pasportlarında, hərbi biletlərində və digər sənədlərində onların milliyyətinin türk kimi göstərilməsi indi çox az adama məlumdur, ancaq bu, bir həqiqətdir.
    Dediyinizdən belə çıxır ki, in-diki Ermənistan da ermənilərin tarixi torpaqları deyil?
    –Bu gün Ermənistan adlandırılan torpaqlar son qarışına qədər qədim türk torpaqlarıdır. Ermənilər bu torpaqlara cəmi bir neçə yüz il əvvəl gəlmişlər. Ümumiyyətlə, yaxın zamanlara qədər ermənilərin lüğətində “vətən” anlayışı olmayıb. Onlar tarix boyu dünyanın müxtəlif ölkələrində səpələnmiş halda yaşamışlar. Ermənilərin Zaqafqaziyaya qətiyyən aidiyyatı yoxdur. Azərbaycana ilk gələn ermənilər müxtəlif təsərrüfat işlərində yardımçı işçilər olaraq türklərə kömək etmiş, türklərin mərhəməti və qonaqpərvərliyi sayəsində tədricən bu torpaqlarda məskunlaşmışlar. Odur ki, ermənilərin Azərbaycan türklərinə qarşı torpaq iddiaları tamamilə əsassızdır. Bu həqiqətlər dünyanın əksər ölkələrinin tarixçi alimləri tərəfindən dönə-dönə araşdırılaraq sübuta yetirilmiş və bununla əlaqədar qalaq-qalaq kitablar yazılmışdır. Lakin bəzi erməni siyasətçiləri və onların əllərində oyuncaq olan bir çox ziyalılar toplanmış faktların üs-tündən sükutla keçir, həqiqəti daima gizlədərək öz uydurma və böhtanları ilə erməniləri, eləcə də digər xalqları çaş-baş salmağa çalışırlar. Lakin bu saxtakarlıqların sonu yoxdur. Bir gün türk xalqı ermənilərin boğazından tutub hər şeyi yerbəyer edəcək.
    –Aprel döyüşləri zamanı Azərbaycan ordusunun hücumları yetmiş iki saatdan sonra dayandırıldı. Siz nəyə əsasən azərbaycanlıların gücünü bu qədər yüksək dəyərləndirirsiniz?
    –Gəlin ədalətli olaq. Əgər ruslar işə qarışmasaydılar, Azərbaycan döyüşçüləri uzağı beş-altı sutka ərzində işğal altında olan torpaq-ların hamısını azad edəcəkdilər…Ermənilər artıq Qarabağdan kütləvi şəkildə qaçmağa başlamışdılar.
    Etibarlı mənbədən aldığım məlumata görə, qısa bir müddət ərzində iki mindən artıq erməni qaçmışdı. Bu döyüşlər zamanı Ermənistanın verdiyi itkilər etiraf ediləndən dəfələrlə çox olmuşdur. Erməni hərbi hakimlərinin aprel döyüşlərini dəhşətlə xatırlamaları da dediklərimizə sübutdur. Bütün bunlar sübut edir ki, ermənilər heç kimin qızışdırıcı təhriklərinə uymamalıdırlar. “Gəmidə oturub gəmiçi ilə dava etmək olmaz”,–demişlər. Türklərin əhatəsində, onların əcdadlarının qanı ilə suvarılmış bu torpaqlarda yaşadığımızı unutmamalıyıq. Bir gün, bizləri indi öz məqsədlərinə alət edənlərin işinə yaramayanda, meydanda tək buraxacaqlarını, bizi müdafiə etməyəcəklərini anlamalıyıq. Həmin qüvvələrin bizi birdəfəlik əşyalar kimi istifadə etmələrinə imkan verməməliyik.
    –Sizcə Birinci Qarabağ mü-haribəsini azərbaycanlılar nə üçün uduzdular?
    –O zaman Azərbaycanın müharibəni uduzmasının bir sıra səbəbləri olmuşdur. Bu səbəblərdən birincisi və ən əsası Azərbaycanda hakimiyyət uğrunda amansız mübarizənin getməsi idi. Hakimiyyət uğrunda gedən mübarizə dövlətin başlıca funksiyalarını durdurmuşdu. Bundan əlavə, eyni mərkəzdən idarə olunan Azərbaycan ordusunun olmaması da məğlubiyyətin əsas səbəblərindəndir. Azərbaycan tərəfdən vuruşanların əksəriyyəti könüllülər idi. Onların da ümumilikdə döyüş təcrübələri yox dərəcəsində idi. Eyni zamanda bu döyüşçülərin əksəriyyətində vətənpərvərlik, torpağa, xalqa bağlılıq son dərəcə güclü olsa da, bir çoxunda mənəmmənəmlik, kimlərinsə mənafeyinə xidmət etmək hallarına tez-tez rast gəlinirdi. İkinci qrupa aid olanlar bəzən öz döyüşçü yoldaşlarına xəyanət etməkdən də çəkinmirdilər. Döyüşçülərin böyük bir qrupu qısa zamanda ruhdan düşdü, bəziləri fərarilik etdi. Düzdür, belə hallara erməni döyüşçüləri arasında da rast gəlinirdi. Lakin ümumilikdə ermənilərdə nizam-intizam olduqca yüksək səviyyədə idi. Onu da qeyd etmək lazımdır ki, Ermənistan tərəfdən Qarabağa xeyli xarici vətəndaş–ermənilərin xarici ölkələrdəki diasporalarının (“Daşnaksutyun” partiyasının şöbələrinin) maliyyələşdirdikləri muzdlu başkəsənlər də vuruşurdular. Eyni zamanda bir neçə rus hərbi hissələrinin ermənilərə xeyli kömək etdiklərini də etiraf etməyə məcburuq. Məsələn, Xocalı şəhərinin yer üzündən silinməsində Rusiyanın 366-cı motoatıcı tankçılar alayı həlledici rol oynamışdır. Xocalı soyqırımı ermənilərin vicdanında əbədi ləkədir. Bu soyqı-rımı tanıyan xalqların, dövlətlərin sayı haqlı olaraq günbəgün artmaqdadır.
    –Atəşkəs illərində Azərbaycan ordusu tamamilə yenidən qurulmuş, bu gün də intensiv şəkildə inkişaf etdirilir. Bununla belə, Ermənistan Azərbaycan torpaqlarını sülh yolu ilə boşaltmaq istəmir. Bu siyasət nəticəsində baş verə biləcək fəsadları ermənilər arasında qabaqcadan anlamağa qadir sağlam qüvvələr yoxdurmu?
    –Açığı sadə ermənilər və ziyalıların əksəriyyəti Azərbaycan türkləri ilə dinc qonşuluq münasibətlərini pozan siyasətçiləri durmadan söyür, onları bu yola yönəldənlərə lənətlər yağdırırlar. Lakin müəyyən xarici və daxili qüvvələr xalqın iradəsini zorlamaqda bu gün də davam edirlər. Bu qüvvələr erməni xalqını elə sındırıblar ki, heç kim iradəsini ortaya qoya bilmir. Təqib olunmaqdan, cəzalandırılmaqdan qorxurlar. Türklərə tarixən həsəd aparan və onların yenidən dirçəlməsini istəmə-yən bir sıra Avropa dövlətləri də ermənilərə havadarlıq edir və müxtəlif yollarla onları türklərə qarşı qızışdırırlar. Lakin erməni xalqı gələcəyini düşünməli, əhatəsində yaşadığı millətlə, özü də qədimdən-qədim, əzəmətli bir millətlə düşmən münasibətlərini kənara qoyub nəyin hesabına olursa olsun, əvvəlki isti əlaqələrini bərpa etməlidir. Hazırda Ermənistanı idarə edənlər hakimiyyəti zorla ələ keçirmiş şəxslərdir və onlar bu həqiqətləri anlamaqdan uzaqdırlar. Onlar sabahı düşünmək iqtidarında olmayan azsavadlı, dayazdüşüncəli şəxslərdir.
    –Siz bir hərbi ekspert olaraq daima döyüşçülərlə görüşür, onların döyüşkənlik ruhunun yüksəldilməsi istiqamətində öz məsləhətlərinizi verirsiniz. Fikri-nizcə, bu gün ruh yüksəkliyi baxımından Ermənistan, yoxsa Azərbaycan döyüşçüləri daha üstündürlər?
    –Döyüşçünün ruhunu yüksəldən faktorlardan ən vacibi onun apardığı müharibənin nə dərəcədə ədalətli olması məsələsi ilə bağlıdır. Hər bir erməni döyüşçüsü dəqiq bilir ki, bu torpaqlar onun əcdadlarına məxsus deyil. Bu gün kiminsə qəyyumluğu ilə özgə torpaqlarına təcavüz etmək həmin torpaqların uzun müddət əldə saxlanılmasının mümkünlüyü demək deyil. Bir də ki, insanın ruhunda cəsarət olmazsa, o, döyüşdə qalib gələcəyinə dərin ümid bəsləyə bilməz. Bu baxımdan türklər bütün millətlərdən üstün olduqlarını tarix boyu min dəfə sübut etmişlər.
    Birinci Qarabağ müharibəsi zamanı şahidi olduğum bir neçə ha-disə heç vaxt gözlərimin önündən getmir. Bu hadisələrdən biri isə indiyə qədər bir neçə dəfə yuxuma da girərək məni yer ilə yeksan edib. Bizim döyüşçülər altı nəfər Azərbaycan türkünü əsir götürmüşdülər. Üçü yaşlı qadın, ikisi qoca kişi, biri isə on doqquz-iyirmi yaşlarında yaralı əsgər idi. Bizimkilər onları günlərlə ac-susuz saxlamış, işgəncə vermişdilər. Ermənilərin türklər tərəfindən uydurma genosid günü onları bir otağa toplayıb stolun üstünə Ermənistan və Azərbaycan bayraqlarını sərdilər və dedilər ki, kim Ermənistan bayrağını öpüb, sonra da Azərbaycan bayrağına tüpürsə, o, sağ qalacaq, ərzaqla təmin olunacaq. Qadınlar, eləcə də kişilərdən biri bizim döyüşçülərin dediklərinə əməl etdilər. Qoca kişilərdən digərinin növbəsi idi. O yerindən tərpənmirdi. Divara söykənib durmuşdu. Bizim döyüşçülərdən biri onu ehmalca bayraqlara tərəf itələdi. Qoca kökündən qoparılmış nəhəng palıd kimi döşəməyə sərildi. O, nəfəs almırdı. Növbə əsgərə yetişdi. O, bir söz demədən hərbi addımlarla bayraqlara yaxınlaşdı, Azərbaycan bayrağını öpüb başı üzərinə qaldırdı, Ermənistan bayrağına isə üç dəfə tüpürüb, onu döşəməyə atdı və tapdalamağa başladı. Əsgərin bu hərəkəti bizim hamımızı dondurmuşdu, heç birimiz yerimizdən tərpənə bilmirdik. Bir müddətdən sonra özümüzə gəldik və döyüşçülər Azərbaycan əsgərini ayaqları altına salıb ölənə qədər təpiklə, avtomatlarının qundağı ilə döydülər. Azərbaycan əsgərinin bu hərəkəti əsl qəhrəmanlıq idi. Belə oğulları olan xalq məğlub edilə bilməz. Bu hərəkəti yalnız türk əsgəri edə bilər. Dünyada türklərin qəhrəmanlıqlarını təkrar edə biləcək ikinci xalq yoxdur.
    –Doğrudan da unudulmayacaq bir hərəkət olub. Siz söylədiyiniz hekayə mənə digər Azərbaycan döyüşçülərinin qəhrəmanlıqlarını xatırlatdı. Mübariz İbrahimovun təkbaşına verdiyi qərar, düşmən üzərinə bir ordu kimi getməsi, düşmənin onlarla canlı qüvvəsini və xeyli hərbi sursatını məhv etməsi, bütün bunlar mükəmməl qəhrəmanlıq deyilmi? Göstərdiyi şücaətlə tanış olduqdan sonra Rusiya Federasiyasının prezidenti V.V.Putin Mübariz İbrahimova bir döyüşçü kimi yüksək dəyər vermiş və onu müasir dövrün Rembosu adlandırmışdır.
    –Özünüz deyin, bizim ermənilərdə belə bir möhtəşəm addım ata biləcək oğul varmı? Əlbəttə olmayıb, yoxdur və güman ki, heç bir zaman da olmayacaq
    –Doğru deyirsiniz! Xoren Aşotovic, obyektiv və geniş cavablarınıza görə sizə təşəkkür edirəm.
    –Mən də sizə təşəkkür edirəm, hörmətli Vladimir Vladimiroviç! Həqiqətlər qarşısında susmamaq hər kəsin borcu olduğu kimi, həqiqətləri bilmək də hər kəsin haqqıdır.
                                                                                                                                                                                 Babək XALİSTÜRK

    Müəllif: Redaktor, 09:34

İsmarıclar bağlıdır.