Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09May

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlər, yerlərdə vəzifə borclarının icrası və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı videobağlantı vasitəsilə növbəti müşavirə keçirib.
    Müşavirə rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə əlaqədar saxlanılan tələblərin, xüsusən də sanitar-epidemioloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələr, xüsusi ilə də yaşı 65-dən yuxarı olan şəxslərə dəstək göstərilmə-sinin nəzarətdə saxlanılması, bir sıra məhdudiyyətlərin yumşaldılması ilə əlaqədar olaraq sakinlərin ictimai yerlərdə, parklarda, çayxana və kafelərdə kütləvi toplaşmaması, şəxsi gigiyenik qaydalara əməl etmələri, eləcə də əlcək və tibbi maskalardan istifadə etmələri barədə maarifləndirmə işlərinin aparılmasına dair tapşırıqlar ve-rildi.
    Sakinlər ilə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsinə də toxunan rayon rəhbəri, bu sahələrdə qanunazidd hallara yol verilməməsini ciddi surətdə tapşırdı.
    Sonra rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışılıb. Kənd təsərrüfatı işlərinin gedişi, barədə məlumatlar dinlənilib, əkin sahələrinin mineral gübrələr təminatı, suvarma məsələləri, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Müəllif: Redaktor, 10:40

İsmarıclar bağlıdır.