Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15Okt

    Изображение 022Şəhər 5 saylı tam orta məktəbdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yubleyinə həsr olunmuş tədbir keçirilib.
    Tədbirdə məktəbin şagirdi Orxan Mustafazadə görkəmli azərbaycanlı haqqında ətraflı məlumat verib, onun xalqımız qarşısında xidmətlərini diqqətə çatdırıb.
    Məktəbin direktoru Arzu Babayeva, dərs hissə müdiri İlham Məmmədov, müəllimlərdən Samirə Əhmədova öz çıxışlarında Üzeyir Hacıbəylinin həyat yolundan və yaradıcılığından bəhs ediblər.
    Sonra şagirdlərdən Fidan Mustafazadənin, Natəvan Behbudovanın və Aişən Məmmədlinin ifasında musiqisi Üzeyir Hacıbəylinin olan “Azərbaycan Respublikasının Dövlət Himni” səslənib.
    Şagirdlər Üzeyir Hacıbəylinin məşhur əsərlərindən səhnəciklər göstərib, şeirlər söyləyiblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:09

    Teqlər:

İsmarıclar bağlıdır.