Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11May

    “COVİD-19” pandemiyasının yayıldığı ilk gündən ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli addımı digər dünya ölkələrinə də nümunə oldu.

    Məlumdur ki, dünyanı bürüyən qorxunc koronavirus pandemiyası Azərbaycanda da müəyyən çətinliklər yaradır. Lakin bilirik ki, dövlətimizin başında müdrik bir insan dayanıb. Onun uzaqgörən siyasəti nəticəsində hər bir çətinlikdən üzüağ çıxan Azərbaycan xalqı bu qorxunc pandemiyadan da cəsarətlə çıxacaqdır. Hər bir Azərbaycan vətəndaşı kimi biz Tərtərlilər də fəxr edirik ki, ölkə başçımız daim Azərbaycan xalqının yanında olub, hər bir vətəndaşının bu gününü və gələcəyini düşünür. Məhz Azərbaycan xalqının xoşbəxtliyi də elə ondadır.

    Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirildi. Bu Zirvə görüşü zamanın tələbi idi.

    Təəsüflər olsun ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəyliyi nümayiş etdirə bilmədilər. Hazırda qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə Prezident İlham Əliyev təşəbbüs irəli sürdü və  “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Bu gün biz əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq.

    40-a yaxın ölkənin prezidentlərinin, baş nazirlərinin və xarici işlər nazirlərinin iştirak etdiyi bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə verilən dəstək bir daha təsdiq etdi ki, ölkəmizə və prezidentimizə böyük inam və etimad göstərilir. Qoşulmama hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanın və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən layiqincə qiymətləndirilir. Bütün bunlar Azərbaycan Prezidentinin şəxsi nüfuzunun və uğurlu siyasətinin nəticəsidir.

    Pandemiyanın dünyanı bürüdüyü təhlükəli anda ölkə prezidenti İlham Əliyev sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.

    Möhtərəm Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən biri hesab olunan Azərbaycan beynəlxalq səviyyədə təqdir olunur. Pandemiya ilə mübarizə çərçivəsində atılan bütün qətiyyətli və humanist addımlar xalqımızı bu bəladan minimum zərərlə xilas olacağına böyük əminlik yaradır.

                                                                                                                                                                          Elfuzə VƏLİYEVA

                                                                                                                                               “Yeni Tərtər” qəzetinin müxbiri

    Müəllif: Redaktor, 09:49

İsmarıclar bağlıdır.