Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20May

                                                                                                  (Novella)

    Qapı döyüldü. İçəridən “buyurun”–deyən olmadı. Zəng çalındı, katibənin zəngi idi. Nazlı-qəmzəli səs eşidildi:
    –Əlövsət müəllim, yanınıza bir nəfər gəlmək istəyir.
    –Kimdir? Nədən ötrü?
    –Deyir ki, şəxsi sözüm var.
    –Ay qız, onu başa sal ki, getsin, qəbul günü gəlsin.
    –Əlövsət müəllim, demişəm, amma inad eləyir, deyir ki, mütləq görüşməliyəm.
    –Nə istəyir, axı?
    –Bilmirəm, mənə demir.
    –Yaxşı qoy gözləsin.
    Sonra Əlövsət müəllim cib telefonu ilə zəng etdi. O başdan məlahətli bir xanımın səsi gəldi:
    –Alo, eşidirəm, can-ciyər. –Necəsən, qadası?
    –Sağ ol, mənim quzum! Nə yaxşı zəng eləmisən?
    –Darıxmışam səndən ötrü, qəribsəmişəm!
    –Peşkəşdir sənə bu can. Nə vaxt istəyirsən gəl!
    –Bu axşam saat 8-də şoferi göndərəcəyəm. Bir təzə sauna açılıb, bu dəfə orada əla istirahət edərik.
    –Mənim bu qara gözlərim üstə.
    –Hə indi yadıma düşdü, dünən sənə bazarlıq eləmək üçün bir “paket” göndərmişdim, xırda-xuruş almaqdan ötrü. Deyəsən, iki dənə idi, yəni 20 min dollar. Üstümdə olan oy-du. 50 min də göndərimmi?
    –Əziyyət çəkmə. Axşam görüşəndə verərsən.
    Xəttin o başından yenə həmin xanımın səsi eşidildi:
    –Əlövsət bəlkə mənə təzə aldığın o evdə görüşək? Əvvəl aldıqlarında görüşmüşük.
    –Yox, məncə, o hoteldəki sauna hamısından yaxşıdır.
    –Oldu. Maç!
    –Maç!
    Əlövsət Daşdəmirli yumşaq kresloya yayxandı. Birdən yadına düşdü ki, qapıda onun yanına gəlmək istəyən var. Katibənin düyməsini basdı. Yenə nazlı bir səs gəldi.
    –Bəli, buyurun, Əlövsət müəllim!
    –O adam gözləyirmi hələ?
    –Bəli, gözləyir.
    –Yaxşı, denən gəlsin.
    Qapı döyüldü. İçəri orta yaş-lı, şux geyimli, qalstuklu-zadlı bir adam girdi.
    –Olar?
    –A kişi, içəri girəndən sonra niyə: “olar?”–deyirsən? Gəlmisən də! Eşidirəm.
    –Cənab müdir, salam.
    –Əlöykümsalam. Eşidirəm sizi.
    –Siznən açıq danışmaq olar?
    – Hə, buyurun.
    –Cənab müdir, bağışlayın, mənim bir “çamadan” dollarım var?
    –Var, var də, mənə nə?
    –O sizin ola bilər.
    –A kişi, nə demək istəyirsən?
    –O pulları sizə vermək istəyirəm.
    –Sən kimsən ki, mənim kimi vəzifəli şəxsə pul təklif edirsən?! Bu dəqiqə səni həbs etdirəcəyəm!
    –Ay müdir, ta niyə hirslənirsiniz? Mən hələ təklif edirəm, rüşvət vermirəm ki! Görürsünüz, əlimdə “çamadan”-zad yoxdur.
    Əlövsət müəllim yumşaldı:
    –O pulu mənə nəyə görə vermək istəyirsən ki?
    –Eşitmişəm ki, sizin sözünüz oralarda eşidilir. Bəlkə məni də bir vəzifəyə qoydu-rasınız?
    –Məsələn nə vəzifə?
    –Nazir müavinindən-zadından,
    –Əlövsət Daşdəmirli bir az fikrə getdi. Qəfil ciddiləşdi. Guya qarşısındakına acığı tutur:
    –Çıx bayıra, a kişi! Mən sən deyənlərdən deyiləm! Dövlət məmuruna nə cürətlə rüşvət təklif edirsən?! Polis çağırma-mış sürüş burdan!
    –Əlövsət müəllim, acığınız niyə tutur? Sizə pul verirəm də! Ayrı nə pis iş görürəm ki?
    –Sənə dedim çıx bayıra! Ya-ramaz!
    –Yaxşı o pulu yeyən tapılar. Bir də fikirləşin. Bu mənim telefon nömrəmdir–deyib, balaca vizit kartını masanın üstünə qoydu. Peşiman olsanız, zəng edərsiniz.
    Gələn adam otaqdan çıxdı.
    Əlövsət Daşdəmirli fikrə getdi: “Görəsən, bu, kim idi? Dediyi həqiqətiydimi. Ayrı niyyətlə bura gəlməmişdi ki? Mən düz elədimmi? Bir “meşok” dollar 1 milyondan çox olar. Niyə razılıq vermədim? Onun yarısını yuxarı ötürərdim, yarısı da mənə qalardı. Bəlkə də razılaşmamaqda düz elədim? Nə bilirəm kimdir, nəçidir?”
    Əlövsət müəllim beləcə tərəddüd içində qaldı. Aydınlaşdıra bilmirdi ki, düz eləyib, yoxsa səhv? Bu fikirlərə son qoymaq məqsədilə axşamkı görüş barədə düşünməyə başladı. Xəyalında romantik səhnələr yaratdı. Sauna, bahalı konyak, ehtiraslı baxışlar, nəfəsnəfəsə, göz-gözə…
    Əlövsət Daşdəmirli bunları fikirləşdikcə məsti-xumar olurdu.
    Bu ara yenə həmin kişi xə-yalında canlandı–çiynində dol-lar dolu bir “çamadan”.
    Əlövsət müəllim yerindən qalxdı. Otağın içində var-gəl edə-edə yenə düşünməyə baş-ladı: “Nahaq ona acıqlandım! Qismət qapımı döymüşdü. Görəsən kim idi o adam?”
    Masasının üstünə qoyulan vizit kartını götürüb, nəzərdən keçirməyə başladı. “Qəşəm Qəşəmzadə. İş adamı… Telefon nömrəsi…” və sair.
    Əlövsət Daşdəmirli cib telefonunu əlinə aldı. Tamahı ona güc gəlirdi. İstədi zəng etsin. Nəsə fikirləşdi. Telefonu cibinə qoydu: “Əşi, sabah zəng edərəm”. Qayıdıb yerində oturdu. Düyməni basdı. Katibə nazlana-nazlana içəri girdi.
    –Bayaqkı kişini sən tanımırsan?
    –Xeyr, Əlövsət məllim.
    –Belə can Əlövsət məllim! Yaxın gəl səni öpüm.
    –Adam gələr, axı!
    –Görmürsən, heç kim yoxdur?
    Katibə müdirin sözünə əməl elədi. Sonra qapını içəridən bağlayıb, kabinetin arxasındakı istirahət otağına keçdilər…
    Sabahısı gün axşamüstü Əlövsət Daşdəmirlini nazir yanına çağırtdırdı…
    …İş saatı qurtarana yaxın o çox dilxor halda geri qayıtdı. Çırtma vursaydın qanı damardı. Qapqara qaralmışdı. Kabinetinə girdi. Katibə onun bu pərişan halını görüb, ehtiyatla soruşdu:
    –Nə olub, Əlövsət müəllim?
    Cavab gəlməyəndə mat-mat müdirin üzünə baxmağa başladı. Əlövsət Daşdəmirli ildırım vurmuş adamlar kimi səndirləyəsəndirləyə otaqdan çıxdı. Pilləkənləri enəndə az qala yıxılmışdı…
    …Bir “çamadan” dollar öz işini görmüşdü. Əlövsət Daşdəmirli işdən azad olunmuş, yerinə Qəşəm Qəşəmzadə təyin edilmişdi.
                                                                                                                                                                     

                                                                                                                                                                    Tofiq YUSİF

    Müəllif: Redaktor, 11:29

İsmarıclar bağlıdır.