Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20May

    Vətənimizin dilbər guşələrindən biri də hazırda erməni tapdağında inləyən Laçın rayonudur. Laçın rayonunun işğalından artıq 28 il ötür. Bu illər ərzində Laçınlılar öz dədə-baba yurdlarının, əsir qalmış dağlarının, dərələrinin, sərin bulaqlarının, yamyaşıl meşələrinin, gül-çiçək qoxuyan ormanlarının həsrəti ilə yaşayırlar, bu həsrətlə yuxuya gedib, bu həsrətlə oyanırlar. Kimisi qürbətdə ömürlərini sona yetirib, kimisi hələ də bu həsrətlə yaşamağa məhkumdur.
    Bu insanlardan biri də gəncliyinin qaynar illərini Laçında yaşamış Qasımov Səməd Namət oğludur.
    Səməd müəllim Bakı Dövlət Universitetini bitirib doğma kəndi – Qorçu kənd orta məktəbində fəaliyyətə başlayanda el-obadan ayrı düşəcəyini heç ağlına da gətirmirdi. Düşünürdü ki, orta təhsil aldığı məktəbdə müəllim kimi uzun illər fəaliyyət göstərəcəkdir. Öz kəndlərinin uşaqlarına coğrafiya fənnini tədris edirdi. Amma cəmi 7 ilini bu məktəbdə, qalan illərini isə qaçqınlıq həyatı yaşadığı, Evoğlu kəndindəki Qorçu kənd məktəbində işləyib.
    Səməd müəllimdən Laçın haqqındakı xatirələrindən danışmasını xahiş etdim. Ürək yanğısı ilə o yerləri yadına saldı. Sərin bulaqlarından, havasının təmizliyindən, meyvəsinin dadından, otunun-çiçəyinin ətrindən söz açdı. Bildirdi ki, nəinki yalnız özü, hər bir laçınlı üçün unudulmazdır Laçın. Doğma yurd-yuvalarını əli yalın qorusalarda, həmişə onun keşiyində durmalarına hazırıydılar. Lakin neynəmək olardı, düşmən hiyləgəriydi, silah-sursat sarıdan güclü idi. Əli yalın insanlar top-tüfəng qarşısında
    necə dayana bilərdilər?
    Səməd müəllimgilin ailəsi Laçın rayonundan qaçqın düşərkən 4 qardaş 2 bacı olublar. Atası Namət, anası Zərif kənd camaatından ayrılmayaraq Tərtər rayonu-nun Evoğlu kəndində 23 ailə ilə birlikdə məskunla-şıblar. Burada oğul-qız toyu ediblər. Amma itkiləri də olub. Ata-anası Laçın həsrəti ilə dünyalarını dəyişiblər. Hazırda Tərtər rayonunun Şıxarx qəsəbəsində salınmış yeni şəhərcikdəki 20 nömrəli binada hər cür şəraitli mənzildə yaşayırlar.
    Dövlətin qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğıdan razılığını bildirdi. Lakin doğma yurd-yuvalarına qayıtmaq arzusunu da gizlətmədi.
    Səməd müəllim hazırda səhhəti ilə əlaqədar işləmir. Amma yeni şəhərcikdə özünə yaxşı xətir-hörmət qazanıb. Onunla söhbət edəndə sözünün əvvəli də sonu da Laçın idi. Ümid edir ki, yaxın zamanda doğma yurdun ayrılığına son qoyulacaq.
                                                                                                                                                       

                                                                                                                                                                Elfuzə CAMALQIZI

    Müəllif: Redaktor, 12:03

İsmarıclar bağlıdır.