Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20May

    Qarabağın mirvarisi, Azərbaycanın incisi Şuşa şəhərinin işğalından 28 il ötür. Azərbaycanın dilbər guşələrindən sayılan Şuşa 1992-ci il mayın 8-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi vandalizmə uğrayıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən cox əhali etnik təmizləməyə məruz qalıb.

    İşğalçılıq siyasəti nəticəsində Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafindakı yeddi rayonu işğal edilib. İşğal edilmiş ərazi-lərdə bir milyondan cox azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Azərbaycanın alınmaz qalası, özü boyda mədəniyyət məbədi olan Şuşa ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilirdi. Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Mir Mövsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağa-oğlu, Xan Şuşinski kimi şəxsiyyətləri yetirən Qarabağın bu dilbər guşəsi Şuşa öz arxitekturası ilə də fərqlənirdi.

    Hələ xaqanlar dövründə aylarla mühasirədə qalan Şuşanın fəth edilməsi heç kimə nəsib olmamışdır. O zamanlar Qarabağ xanının vəziri Molla Pənah Vaqif Şuşanın alınmaz qala olduğunu söyləyərək demişdir: “Əgər məni qoruyan mənim tanıdığımdırsa, Şüşəni daş içində də salamat saxlar”. Öz vətənindən didərgin düşən Şuşalılar isə söyləyirlər ki, bu cənnətməkan diyar xəyanətin qurbanı olubdur.
    Daşaltı dərəsi, Cıdır düzü, əvəzsiz sənət və incəsənət nümunələri, mədən suları, ən öncəsi “Xarı bülbül”ü ilə məhşur olan Şuşamız bizim üçün əlçatmaz məkana çevrildi. Əbəs deyildir ki, ümummilli liderimiz Heydər Əliyev Şuşanı ölkəmiz üçün dəyərləndirərək söyləmişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Ölkə Prezidenti İlham Əliyev isə bildirir ki, Şuşa təkçə Şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaş üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.
    Bu gün yerli əhalinin dediyi kimi, xəyanətin qurbanı olan Şuşa şuşalılarsız qalıb, bu gün onun sinəsi mənfur yağının tapdağı altda sızlayır.
    28 ildir Şuşanın sakinləri ilə bərabər paytaxda saxla-nılan Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri doğma vətəninə qovuşacağı günü həsrətlə gözləyir. Heç zaman ümidləri üzülməyən Şuşa həsrətlilər inanırlar ki, bir gün gələcək bu həsrətə son qoyulacaq . O, gün gə-ləcək! Hökmən gələcək ki, “Xarı bülbül” öz ətri, gözəlliyi ilə açsın, Cıdır düzü gənclərin sevgi məkanına çevrilsin.
                                                                                                           

                                                                                                                                                      Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 12:26

İsmarıclar bağlıdır.