Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20May

    Tərtər Rayon İcra Hakiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans keçirib. Konfransda Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasi-təsilə keçirilən Zirvə görüşündən, Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış rüşvətxorluq və korrupsiya hallarından, rayonda koronavirus pandemiyasına qarşı görülən işlərdən, karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qə-rarından irəli gələn məsələlərdən, yerlərdə vəzifə borclarının icrası və kənd təsərrüfatı işlərinin gedişindən  danışılıb.

    Zirvə görüşündə qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sü-rülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur.

    Konfransda o da qeyd olunmuşdur ki, bəzi məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əli-yevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişlər.

    Cənab Prezident tərəfin-dən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya halla-rına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıqsayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının ta-lama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keç-miş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu kimi hallar möhtərəm Prezidentimizin dediyi kimi dövlətçiliyə və xalqa xəyanətdir.

    Bəzi məmurlar tutduqları vəzifədən istifadə edərək, sənədlərin verilməsində saxtakarlıq edirlər.

    Xüsusi karantin rejimində saxta sənədlərin verilməsi halına Tərtər RİHB-nın Mamırlı kənd üzrə icra nü-mayəndəsi Şahid Məm-mədov da yol vermişdir. O, öz cəzasına çatdırılmışdır.

    Azərbaycan Respublika-sının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azər-baycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Preziden-tinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur. Belə ki, qeyd olunan Nazirliyin yüksək vəzifəli şəxsləri öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiy-yətin və dövlətin qanunla qorunan mənafelərinə mü-hüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.

    Konfransda rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə əlaqədar sax-lanılan tələblərin, o cümlədən sanitar-epidemioloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusilə də yaşı 65-dən yuxarı şəxslərə dəstək göstərilməsi, bir sıra məhdudiyyətlərin yumşaldılması ilə əlaqədar olaraq sakinlərin ictimai yerlərdə, parklarda, çayxana və ka-felərdə kütləvi toplaşmama-sı, şəxsi gigiyenik qaydalara əməl etmələri və sair barədə tapşırıqlar verilib. Bildirilib ki, karantin rejimi yumşaldılsa da, profilaktik tədbirlər davam etdirilməlidir.

    Sakinlərlə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlər-də ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət etmək və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsi kimi məsə-lələrə toxunulub, bu sahələrdə qanunazidd hallara yol verənlərin cəzalandı-rılacağı bildirilib.

     

    Müəllif: Redaktor, 15:45

İsmarıclar bağlıdır.