Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 03İyn

    Məlumdur ki, son illərdə ölkəmizdə böyük quruculuq işləri aparılır, yeni yollar çəkilir, yaşayış binaları tikilir, onların ətraflarında meşə zolaqları, parklar salınır. Digər tərəfdən respublikamız ekoloji cəhətdən zəngindir. Bitkilər, heyvanlar aləminin müxtəlifliyi də çoxdur. Bu aləmin zərər verənləri də çoxdur. Ağacları təkcə əkməklə iş qurtarmır, ona vaxtlı-vaxtında qulluq göstərmək lazımdır.
    Əvvəllər belə təsəvvür var idi ki, bəzi yerlər şoran torpaqlardır, orada yaşıllıqlar salmaq olmaz. Ancaq hazırda salınmış yaşıllıqlar onu göstərir ki, bu fikirlər doğru deyil.
    Elə meşə sahələri var ki, orada qurumalar gedir, ziyanvericilər ağacların sıradan çıxmasına səbəb olur. Bu da ekologiyanın pozulmasına, korlanmasına gətirib çıxarır. Bunu aradan qaldırmaq üçün ziyanvericilərə qarşı vaxtında mübarizə aparmalı və ağacların sağlam inkişafının təmin olunması üçün onlara lazımi qulluq göstərilməlidir.
    Ekoloji mühitin təmizliyi təkcə ağacların əkilməsi, yaşıllıqların artırılması demək deyildir, axar suların çirkləndirilməsi də buna öz mənfi təsirini göstərir.
    Tərtər rayonunda da ekoloji mühitin tarazlığına və onun çirkləndirilməsinin qarşısının alınmasına görə müəyyən tədbirlər həyata keçirilir. Bir tərəfdən mənfur qonşularımız rayonun və eləcə də şəhərimizin ərazisindən keçən arxlara su boşlamaması ucbatından, digər tərəfdən bəzi şəxslərin məişət tullantılarını axar sulara tullaması nəticəsində müəyyən problemlərin yaşanmasına səbəb olur.
    Yaxşı yadımdadır, bir zamanlar şəhərin mərkəzindən, yaşayış məhlələrinin arasından “Daş arx”, “Seysulan”, “Nəmirli”, “Dəyirman arxı”, “Təley” arxları keçirdi. Elə ev olmazdı ki, orada su süzmək üçün daş–“Su daşı” olmasın. Həmin arxlara heç kim zibil tökməzdi ki, suyu çirkləndirmək olmaz, ondan içməli su kimi istifadə olunur. Lakin indi su arxlarımızda təmizliyi görmək çox çətindir. Demək olar ki, tez-tez qarşılaşdığım bir mənzərəni bu gün söyləməyi özümə borc bilirəm. İşdən evə gedəndə 2 arxın üstündən keçməli oluram. Arxlara axıdılan kanalizasiya və tökülən zibilləri görəndə təəssüf hissi keçirirəm. Arxların suyu quruyan zaman körpülərin üstünə çıxacaq qədər zibil tökülür. Bunu görən və canıyananlıq göstərən lazımdır. Məncə, bunu da təbiətə vurulan bir zərbə hesab etməliyik.
    Onsuz da gündən-günə havada yayılmış tozlar, tüstülər, üfunət iyləri müxtəlif virus və xəstəliklərin yayılmasını artırır. Heç olmasa özümüzdən asılı olan işləri görməklə havamızı, təbiətimizi qoruyaq ki, sağlam yaşaya bilək, ömrümüzü bir qədər uzadaq. Düşünürəm ki, sağlam yaşamağımız üçün bir-iki nəfər de
    yil, hamılıqla təbiətimizi qoruya biləcəyik. Bu, həm özümüz üçün vacibdir, həm də bir insanlıq borcumuzdur.
    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:02

İsmarıclar bağlıdır.