Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 03İyn

    TƏBİƏT BİZİM ANAMIZDIR

    Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz
    özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır.
    Bizim yaşadığımız dünya çox gözəldir. O həm də əsrarəngiz və maraqlıdır. Biz zəngin və füsunkar bitki-lər aləminin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysızhesabsız canlıların əhatəsindəyik. Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasıdır. Dünyamızın sabahı və gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın, bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər.
    Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü – onun florasını və canlılar aləmini – onun faunasını qorumalıyıq.
    Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır.
    Təbiətin ayrılmaz hissələrindən biri meşələrdir. Almanlar meşələrə çox mənalı və müasir səslənən bir ad veriblər: “Yaşıl ciyər”. Meşələr bizim sərvətimiz, var-dövlətimizdir. Meşələr bizim məişətimizin bir hissəsidir. Yaşıllıq əhatəsində insanı işıqlı fikirlər öz ağuşuna alır, xoş əhval-ruhiyyə, qurub-yaratmaq eşqi güclənir. Məlum həqiqətdir ki, meşələri – Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək, bəşər də yoxdur.
    Təəssüflə qeyd etməliyik ki, son zamanlar təbii qazın azlığı, tikinti və kənd təsərrüfatı işləri, eləcə də baxımsızlıq meşələri çox sıxışdırır. Yaşıllığa, meşələrə qarşı ölçüsüz-biçisiz hücum insana qarşı yönəlmiş ən ağır müharibədir. İnsan ağlı, insan zəkası bu “müharibəni” dəf etməyə qadirdir və biz təbiətin nizamını pozan, onun qədrini bilməyən, korlayan adamlara qarşı mübarizə aparmalı, təbiətimizi və onun gözəlliyini mühafizə etməliyik.

    Müəllif: Redaktor, 10:11

İsmarıclar bağlıdır.