Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 03İyn

    Bu insan 1957-ci ildə Kəlbəcərimizin Çərəkdar kəndində doğulan Əlövsət Sarı oğludur-Əlövsət Saldaş. 40 ildən artıq riyaziyyat fənnini tədris edən, peşəsiylə, rəvan təbiylə bəzilərimizin “Şair mütləq ədəbiyyatçı olmalıdır” fikrinin üstündən qələm çəkən, şeirləri dillərdə söylənən, nəğmələrdə oxunan Saldaş.
    28 ildir Qobustan rayonunun Təklə kəndində məskunlaşan, ürəyində Vətən itkisinin ağrıları, ağır ellərin didərginlik dərdi, günahsız şəhidlərin həsrəti yuvalanan Saldaş.
    Mənəviyyat adamının bundan böyük dərdi olarmı?! Onun dünyaya gəlişi doğmalarını sevindirdiyi kimi, şeiriyyət aləminə gəlişi də çoxları üçün qazanc vasitəsinə çevrilən SÖZÜ sevindirib. Mən hər dəfə onunla həmsöhbət olarkən Saldaşın simasında uşaqlıq dövrünü özünü tanıyan bir gənc kimi, gənclik dövrünü yetkin kamillik kimi, kamillik dövrünü müdrik aqil kimi yaşayan bir insanı güzgü şəffaflığında görünən tək görüb tanımışam.
    Əlövsət Saldaş təbinin qaynarlığına, coşğunluğuna yalnız Dəlidağın qoynunda çağlayan “İsti su” çeşməsi nisbət ola bilər. Elə şeirlərinin niskilli könüllərə qoyduğu məlhəm də “İsti su”yun şəfası ilə oxşardır.
    Əlövsət müəllimin təxminən 23-24 yaşlarında yazdığı:

    . Tərlan kimi şikarını parçala,

    Amma fürsət güdüb sarlıq eyləmə.

    Elə din  sözlərin ürək oxşasın,

    Çalma hər yetəni, marlıq eyləmə.

     

    Güvənmə qoluna, ağlını sovla,

    Tamahı qəlbindən kənara qovla.

    Kamil ovçusansa bir könül ovla,

    Uyub hər gözələ yarlıq eyləmə

    Baxma ki, yaxşıya,  yaman yamandı,

    Verəcək hökmünü, zaman zamandı.

    Böhtan eşidəndə susma  amandı,

    Qəsdən  bilə-bilə karlıq eyləmə.

     

    Ay Əlövsət, kim dünyada qalandı?

    Qoyma ömür hədər ötdü, talandı.

    Ya başını kişi kimi dolandır,

    Ya sürünüb elə darlıq eyləmə.

    Əzəldən ellərdə məsəldi dayna,

    Yaxarsan  ləkəni, götürməz ayna.

    Bülbül ol, güllərin nazıynan oyna,

    Didib ləçəyini xarlıq eyləmə.

     

    Əsil ağsaqqalın, əsil  kişinin,

    Düşsün hər tərəfə sayəsi gərək.

    Dönsün sağlığında qeyrət bütünə,

    Nur salsın üzünə həyası gərək

    Deyimi müdriklik nişanəsi deyilmi?
    Əlövsət Saldaşın nümunə göstəriləcək şeirləri saysız-hesabsızdır. Daha bir şeirin məna sanbalına, fikir yükünə diqqət edək:

     

    Tuş olduq biz hansı yola bilmədik,

    Sizin tək kamala dola bilmədik,

    Sizin yarınızca ola bilmədik,

    A köhnə kişilər, köhnə kişilər!

     

     

    Yiyəsiz  qalıbdı papaqlar sizsiz,

    A köhnə kişilər, köhnə kişilər!

    Söndürdük, ocaqda köz də qalmadı,

    Dinib danışmağa söz də qalmadı.

    Sizdəki etibar bizdə qalmadı,

    A köhnə kişilər, köhnə kişilər!

     

    Yox oldu aradan o sirli pərdə,

    O xeyir-bərəkət dönərmi bir də.

    Yeriniz görünür xeyirdə-şərdə,

    A köhnə kişilər, köhnə kişilər!

    Gəlir tufan kimi qanlar, qadalar,

    Qalıb su altında kiçik adalar.

    Ay savadsız, alim, aqil atalar,

    A köhnə kişilər, köhnə kişilər!

     

    Keçmişik cənginə amansız selin,

    Aqili, nadanı bilinmir elin.

    Minin o atları, qayıdın, gəlin,

    A köhnə kişilər, köhnə kişilər!

    Kimsəsiz görünür bu dağlar sizsiz,

    Sovulur, quruyur  bulaqlar sizsiz.

    Allah  bir  işıqlı  göz  versin  bizə,

    Kəc  baxaq əyriyə, düz  deyək düzə.

    Diz  çökür  Əlövsət, baş əyir sizə,

    A köhnə kişilər, köhnə  kişilər

    Saf əqidəsində, dərin düşüncə-sində, həssas duyğularında, mər-həmətdən yoğrulan vücudunda, bir sözlə bütün varlığında yana-yana andığı “köhnə kişilər”in nişanələri yaşayan Əlövsət Sal-daşı özünün də xəbəri olmadan Ulu Yaradan onların davamçısı məqamına çatdırıb, bunu isbat edən əlamətlərdən ən alisi-ni–Həzrəti Sözü Ona etibar edibdir.
    Sözün taleyindən nigaranlıq çəkməyən, onun ucuzlaşmasından narahat olmayan, Nizami-lərin, Nəsimilərin ruhu qarşısında məsuliyyət hissi daşımayan, Fü-zulinin müqəddəslik kimi uca tu-tub əmanətlədiyi sözün siqlətini duymayan, qədir-qiymətini bil-məyən şəxs:

    Bir sözdü Əlövsət deyir, kişilər,
    Bu dəvə yükünü əyir, kişilər,
    Ay yazıb-yaradan şair kişilər,
    Sözə yiyə durun, söz əldən gedir!
    deyərmi?
    Əlövsət Saldaşın şair kimi neçə-neçə kitabları, müəllim kimi neçə-neçə ali təhsilli yetirmələri, vətəndaş kimi–qeyrət dolu dö-yüşkən şeirləri, ziyalı kimi əsil insana layiq nüfuzu şərəf deyilmi?
    Belə dəyərli, mənalı ömür ancaq aqil insanlara xasdır.
    Əziz şeir sevərlər, əziz Saldaş sevərlər, biz onu layiq olduğu ad-la çağırsaq, məgər bu ədalətli qiy-mətləndirmə olmazmı?
    Mən xeyli vaxtdan bəri ürəyim-dən keçən bir fikri sizlərlə məslə-hətləşmək istəyirəm. Arzu edi-rəm Əlövsət Saldaşı şəxsən tanı-yanlar və ya şeirlərini sevənlərin dilindən “Dədə Əlövsət” ifadəsini eşidək.
    Əzizlərim, bu yazının xahişanə təklifimə ilkin zəmanət kimi qə-bul olunmasını çox diləyirəm. Sizlər nə deyirsiniz?
                                                                                                                                                           

                                                                                                                                                            Talıb HƏSƏNOĞLU

    Müəllif: Redaktor, 10:25

İsmarıclar bağlıdır.