Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Okt

    Изображение 115Rayon Gənclər Mərkəzində 18 oktyabr–Dövlət Müstəqilliyi Gününə həsr olunmuş gənclərin rayon toplantısı keçrilib. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov açıb.
    Mövzu ilə bağlı rayon icra hakimiyyəti başçısı aparatının aparıcı-məsləhətçisi Tünarə Məmmədzadə məruzə edib.
    Göstərib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı ikinci dəfə öz müstəqilliyini əldə etdi. O vaxtdan etibarən hər il 18 oktyabr Müstəqillik Günü kimi qeyd olunur. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra əldə edə bilib. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi mühitinə müdriklik də gətirdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.
    Azərbaycanın müstəqilliyi dövründə gənclərə həmişə diqqət və qayğı göstərilib, onların müasir dövrlə ayaqlaşmaları, hərtərəfli biliyə malik olmaları, mükəmməl təhsil almaları və dünya birliyinə fəal inteqrasiyası üçün hər cür şərait yaradılıb. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdə gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi, onlara diqqət və qayğının təzahürü olan bir sıra fərman və sərəncamların imzalanması Azərbaycan gəncliyinin indiki vəziyyətini və gələcəyini müəyyən edib.
    Toplantıda çıxışlar oldu. Təzəkənd kənd ümumi orta məktəbin müəllimi Elçin Maqsudov, rayon uşaq xəstəxanasının tibb bacısı Çinarə Əzizbəyli, uşaq musiqi məktəbinin müəllimi Nigar Əmirzadə, uşaq gənclər idman məktəbinin direktoru Emin Quliyev, şəhər 5 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Orxan Mustafazadə, uşaq gənclər idman məktəbinin məşqçi-müəllimi Faiq Məmmədov Müstəqillik Günü ilə bağlı fikirlərini bildirdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 08:27

    Teqlər:

İsmarıclar bağlıdır.