Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyn

                                                                                  İŞ ADAMININ ZƏHMƏT DOLU GÜNLƏRİ

    Dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan bütün sahələrdə uğurlar qazanıb. Bu gün reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə mikroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın inkişafı uğurla təmin olunur, özəl bölmənin, sahibkarlığın tərəqqisi üçün daha əlverişli biznes və investisya mühiti formalaşdırılır. Sahibkarlığın inkişafı Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqaməti-dir. Son illərdə “Olkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” srateji xəttinə uyğun olaraq biznes və investisya mühitinin davamlı yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşıb.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosi-al-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində deyib: “Sahibkarlara hərtərəfli dəstək göstərilir. Birincisi Prezidentin dəstəyi. Mən dəfələrlə demişəm ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır: Digər tərəfdən icra edilmiş bütün infrastruktur layihələri. İndi təsəvvür edin, əgər rayonlarda işıq, yol olmasaydı, hansı sahibkar orada iş görə bilərdi. Qaz olmasaydı, hansı istixananı işlədə bilərdi. Ona görə bunlar dövlət tərəfindən edilibdir– yol da, elektrik də, qaz da, su da. Bundan əlavə güzəştli kreditlər–dediyim kimi aşağı faizlə 2 milyard manatdan çox vəsait ayrıldı. Fermerlərə supsidiyalar verilir, onlar torpaq vergisi istisna olmaqla, – o da cüzi rəqəmlərdir–vergilərdən azaddırlar. Təşviq me-xanizmi təşkil edilib və digər stimulverici amillər tətbiq olunubdur. Yəni sahibkarlara çox böyük imkanlar yaradılıb. Ona görə sahibkarlardan da tələbimiz var, onlar dürüst olsunlar, təmiz işləsinlər…”.
    Bu gün fəxrlə deyə bilərik ki, sahibkarlığın dəstəklənməsi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən birinə çevrilib. Dövlət başcısı sahibkarların bütün qayğılarına diqqətlə yanaşaraq onların ən yaxın dostu
    olduğunu bəyan edib.
                                                                                      Sahibkar zəhmətkeş olarsa…
    Zəfər Nəsirov rayonumuzun zəhmətkeş sahibkar–fermerlərindən biri hesab edilir. Yaratdığı istixananın səsi-sorağı ölkəni dolaşmaqdadır. Burada yetişdirilən pomidorun ətrindən, dadından çox az adamın xəbəri olmaya bilər. İstixana Söylən kəndindədir. Biz də bu soraqla istixanaya yollandıq.
    Bir neçə il əvvəl daş-kəsəkli, çala-çuxur kənd yolunun yerində salınmış şüşə kimi asfalt yolla şütüyən aftomobil bizi çox çəkmədən yollandığımız ünvana çatdırdı. Hər tərəfdə iş qaynayırdı. Bir neçə günün sərin havasından sonra göylərin sakininə çevrilmiş Günəşin yandırıcı şüaları sanki yeri qarsalayırdı. Lakin kimsənin əlini işdən soyuda bilmirdi bu yandırıcı şüalar. Sürücü maşını dayandırdı və bizimlə bərabər işləyənlərə tərəf gedərək Zəfər Nəsirovun hansı tərəfdə olmasını soruşdu. Çox çəkmədi ki, istixananın rəhbəri gəldi və bizimlə bərabər inzibati binaya doğru ketdik. Hələ tikintisi davam edən binanın bir otağında çalışan fəhlələrin nahar etməsi üçün ayrıldığını bildirdi və elə orada söhbət etdik. Əvvəlcə kimliyi ilə maraqlandım. Həm-söhbətim özünəməxsus sakit və təmkinli danışığı ilə özü barəsində məlumat verdi.
    –Mən elə bu Söylən kəndində boya-başa çatanlardan biriyəm. Ömrümün uşaqlıq və gənclik illəri burada keçib. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ müharibəsinin iştirakçısı olmuşam. 1992-ci ilin aprel ayının 12-dən könüllü olaraq döyüşə qatılmışam. 1996-cı ildə ordudan tərxis olunmuşam. Başqa döyüşcülər kimi mən də müharibənin qan-qadasını görmüşəm, yaşadığım kəndimin, doğma şəhərimizin, bir sözlə odlar yurdu Azərbaycanımızın torpaqları uğrunda döyüşən oğullarımızın yaralandıqlarını, bu torpaq uğrunda şəhid olduqlarını gözlərimlə görmüşəm. Hazırda Qarabağ müharibəsi veteranıyam. Hələ ordudan tərxis olunmamışdan şəhidlərimizin xatirəsini unutmamaq üçün Tərtərin bütün şəhidlərinin foto stendlərini şəxsi hesabımla hazırlatdım. Bunu döyüşçü yoldaşlarımın xatirəsinə ehtiram əlaməti olaraq etdim.
    Həyatımın bir hissəsini Bakı şəhərində yaşamışam. 2001-ci ildə İnşaat Mühəndisləri Universitetinin memarlıq fakültəsinə qəbul oldum. Təhsilimi qiyabi yolla aldığım üçün orada həm işləyir, həm oxuyurdum. 2005-ci ildə universiteti bitirdikdən sonra ta 2017-ci ilə kimi Bakı şəhərindəki muxtəlif tikintilərdə – binaların, parkların inşasında çalışdım. Gördüyüm hər bir işdən canıdildən yapışdım. Onu da bildirim ki, mən tikintidə çalışdığım illərdə həm də xeyriyyəçiliklə məşğul olurdum. Bir neçə şəhid övladına öz köməkliyimi əsirgəməmişəm. Universitetlərdə təhsil alan bir neçə tələbənin illik təhsil haqlarını 3-4 il öz hesabımdan ödəmişəm, hətta bir nəfərin kirayə haqqını da vermişəm. Əlbəttə, bunları açıqlamaqla həmin tələbələrin xətrinə dəymiş olaram, ona görə də bu haqda yazılmasını istəmirəm. İndi həmin tələbələrin hər biri həyatda öz layiqli yerlərini tutublar. Bizim bir-birimizlə çox yaxın əlaqələrimiz var. Düşünürəm ki, bu mənim bir insanlıq borcum idi, onu da etmişəm. Şəhid ailələrinə göstərdiyim köməkliyə gö-rə “Vətən naminə” medalı ilə təltif olundum.
    Bəs necə oldu ki, illərdən sonra doğma kəndə üz tutdunuz?
    –Mən Bakıda yaşasam da doğma kəndimdən ayrılmadım. Burada nə isə bir yenilik etməyi həm kəndimiz, həm də onun sakinləri üçün nə isə bir xeyirli iş görməyi hər an düşünürdüm. Elə bu istəklə də kəndin ərazisindən 40 hektar torpaq alıb ondan müəyyən əkin-biçin üçün istifadə etməyə başladım. Öncə meyvə bağı saldım, xurma, alma, alça, ərik, qoz əkib becərdim. Hazırda 4 hektar yonca, 16 hektar pambıq, 5 hektar taxıl əkmişəm. Əlavə olaraq ica-rəyə 20 hektar torpaq götürmüşəm. Gördüyünüz bu istixana isə 1 hektarı təşkil edir, gələcəkdə onu 3 hektara qədər artırmaq fikrindəyəm.– Bu torpaqlarda iş-ləyən daimi işçilərdən əlavə olaraq 100-150 nəfər ehtiyacı olan insanlar çalı-şırlar. Bundan əlavə 47 adda kənd təsərrüfatı texnikası ilə təchiz olunmuş “Aqroservis”imiz fəaliyyət göstərir. Bildirmək istəyirəm ki, hazırda bölgədə kənd təsərrüfatına ən çox investisiya qoyan bir təsərrüfatdır bizim“Aqroservis”.
    Heyrətimi gizlətməyib soruşdum:
    –Bu qədər texnikanın alınmasına, bütün bu işlərin görülməsinə xeyli vəsait lazımdır. Bunları necə çatdıra bilirsiniz.?
    –Əlbətdə bütün bu işlərin görülməsində dövlətin dəstəyindən maksimum istifadə etməyə çalışırıq. Belə ki, kənd təsərrüfatı texnikasının hamısını “Aqrolizinqdən” 10 il müddətinə kreditlə götürmüşük. Hələ müddətin tamamlanmasına 1 il qalmasına baxmayaraq dövlətə 1 manat belə borcumuz yoxdur. İşlətdiyimiz texnikanın qədrini bilərək istifadə edirik. Gördüyünüz bu istixananın tikintisinə isə 2018-ci ildə başlanılıb. Bu yerlər əkin üçün tama-milə yararsız torpaqlar idi. Şəxsi vəsaitimlə müasir tipli belə bir istixananın ya-radılmasına nail olduq. Hələlik bir korpusundan istifadə edirik,ikinci isə tikilir. 2019-cu ilin oktyabr ayında fəaliyyətə başlayıb və 28 min ədəd pomidor şitili əkmişik. 2 ay yarımdan sonra əkdiyimiz bu şitillər məhsul verməyə başlayıb. Hələ avqust ayına kimi bar verməlidir, məhsulun da bol olduğu göz qabağındadır.

    –Bəs becərdiyiniz məhsulun satışını necə təşkil edə bilirsiniz?
    Açığını deyim ki, bizim istixananın pomidorları rusiyanın ən böyük bazarlarında satılır. Moskvada Avropanın ən böyük meyvə bazarı kimi tanınan “Futu Siti” bazarında alıcıların rəğbətini qazanıb. Bizim becərdiyimiz “Rinq paradays” sortu dadına və rənginə görə başqa sort pomidorlardan fərqlənir. Onu da xatırlatmaq yerinə düşər ki, istixanada becərmə işləri müasir avadanlıqlarla aparılır. Burada suvarma üçün damla sistemi quraşdırılıb. Suvarma, isitmə və havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur, təbii şəkildə becərilir, mayalanması arılar vasitəsilə aparılır. Bunun nəticəsidir ki, satış bazarlarına il ərzində 160-200 ton arası pomidor toplanıb göndərilir. Yetişdirilmiş pomidorlarla təkcə xarici bazarlar deyil, həm də yerli bazarlarımız da təmin olunur. Onu da bildirim ki, istixanada ildə iki dəfə məhsul istehsal olunur.
    İstixanada ərzaq bolluğu ilə yanaşı həm də əhalinin məşğulluğu təmin olunur. Burada hazırda 20 nəfər iş-çi qüvvəsi vardır. İşçilərin hər biri yüksək işgüzarlıqla çalışır. Gündəlik olaraq budama, dolama işləri görür, pomidor yığımını həyata keçirirlər.
    Hazırda təsərrüfatın genişləndirilməsi istiqamə-tində operativ işlər görülür. Əlavə 2 hektar sahədə yeni istixananın və müasir tipli mal ferması kompleksinin tikintisi davam etdirilir.
    Zəfər Nəsirov qarşıdakı görüləcək işlərdən də danışdı. Bildirdi ki, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına gələn il 50 baş iribuynuzlu sağılan malların gətirilməsini planlaşdırıram. Bundan əlavə yeni meyvə sortlarının alınmasını, torpaqların genişləndirilməsi ilə yeni meyvə bağlarının salınmasını nəzərdə tutmuşam. Kəndin yeniyetmə və gənclərinin asudə vaxtlarının səmərəli təşkil olunması üçün yeni əyləncə mərkəzinin salınmasınnan da söhbət açdı. Qeyd etdi ki, artıq bu işlərin görülməsinə başlanılıb.
    Sonra bildirdi ki, əlavə gəzintiyə, ailəsinə, həyətindəki hovuzda balıq növlərinin yetişdirilməsinə də vaxt ayırır. Əlbəttə, özü dediyi kimi bütün bu işləri planlaşdırılmış formada aparır. Gördüyü hər bir işdən zövq alaraq çalışır. Onu da xatırlatdı ki, bütün bunlarla bərabər kənd ərazisində yol kənarlarında– xan cinar, palıd, Eldar şamı və başqa ağacların əkilib-becərilməsini də təşkil edib.
    Söhbətimiz bununla bitmədi. Onunla birgə çiyin-çiyinə çalışan işçiləri və övladları barəsində maraqlandım. Fəxrlə həm işçiləri Rövşən Qasımovun, Murad Cəfərovun, Maxsud Məhərrəmovun, Səbinə Məmmədovanın adlarını çəkdi və onların zəhmətlərini qiymətləndirdi. Övladları Həsən və Həzinin Bakı Dövlət Universitetini bitirərək Bakı şəhərində çalışdıqlarını bildirdi.
    Böyük bir təsərrüfatın sahibi kimi dövlətin dəstəyinə və rayon rəhbərinin mütəmadi nəzarətinə görə sonsuz minnətdarlığını ifadə etdi. Qarşıdakı illərdə daha coşğu ilə çalışacağını söylədi. Mən isə bu zəhmət adamının – sahibkar Zəfər Nəsirovun əməyini özlüyümdə yüksək qiymətləndirdim, kiçik məqaləmlə el üçün, xalq üçün gərəkli olan bir insanın yorulmaz fəaliyyətindən yazdığıma görə rahatlıq tapdım
                                                                                                                                                 Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:34

İsmarıclar bağlıdır.