Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn
    Qapında əyilib suala döndüm,

    Səndən alacağım cavaba görə.

    Allahım heç sənə əzab verməsin,

    Sən mənə verdiyin əzaba görə.

    Elə bil ürəklər daşdı, dəmirdi,

    Bir üzü ağ küldü,biri kömürdü,

    İlahi, bu necə yalqız ömürdü,

    Qoymaram bu ömrü hesaba görə

     

    Üzüb hər ümiddən əlimi sənsiz,

    Dünyanın gedimi,gəlimi sənsiz,

    Daha istəmirəm könlümü sənsiz,

    Baxıb biganələr xaraba görə.

     

    Öz eşqim yolunda sadiq canam mən,

    Heyf  oldum, həm  yanan, həm  yamanam  mən,

    Bəlkə də, birinci müsəlmanam mən,

    Cəhənnəm çəkirəm savaba görə

     

    Düşməzmi güzarım bir dost bağına,

    Sevda çiçəklərim düşüb qırğına,

    Yamanca tuş oldum el qınağına,

    Təsəlli tapdığım şəraba görə.

     

     

     

    Allahım heç sənə əzab verməsin,

    Sən mənə verdiyin əzaba görə.

    Musa YAQUB,

    Xalq şair

    Müəllif: Redaktor, 12:02

İsmarıclar bağlıdır.