Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

                                            MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN

    Mənə yüz il ömür arzulamayın,

    Payız yarpağıtək qovmasın külək.

    Gözlərim görsə də, ayağım, əlim,

    Əsalıq olanda dayansın ürək

     

    Sağlıqlar deyəndə hərdən şənimə,

    Nə özüm kövrəlim, nə sizə gülüm.

    Tanrıdan bir ömür diləyin mənə,

    Hər vaxt sevə bilim, sevilə bilim

    Mənə “Yüz il yaşa!” deməsin dostlar,

    Gülüşüm, yerişim, səsim itməsin.

    Məndən cavan olan, gümrah olanlar

    Çiynimdə dünyadan köçüb getməsin

     

    . Taleyim sevgiylə baxsın üzümə;

    Görsün yad payına şərik deyiləm.

    Gərək olmayanda özüm-özümə,

    Deməli, heç kəsə gərək deyiləm

    Mənə yüz il ömür arzulamayın,

    Bu qədər yaşayan hansı çiçəkdir?

    Sən yaşda qalmırsa tay-tuşun, tayın,

    Qurdla qiyamətə qalmaq deməkdir.

     

    ,Mənə yüz il ömür arzulamayın,

    Ləyaqət, təmiz ad atıb getməsin.

    Dünyaya qalacaq malı dünyanın,

    Karvanım lənətə batıb getməsin!

    Mənə yüz il ömür arzulamayın…

     

    Mənə elə ömür arzulayın ki,

    Ölüncə ümmantək çağlaya bilim.

    Qapı-pəncərəni öz evimdəki

    Özüm aça bilim, bağlaya bilim

     

    Vahid ƏZİZ,

    Xalq şairi

    Müəllif: Redaktor, 12:18

İsmarıclar bağlıdır.