Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    Müasir dövrümüzdə öz is-tedadı, bacarığı ilə fərqlənən yeniyetmə gənclərimiz gündən-günə çoxalır. Onlar həm ailələrinin, həm təhsil aldıqları məktəblərin, həm də cəmiyyətin sevimlisinə çevrilir. Lalə Bayramlı da belə yeniyetmələrimizdən biridir. O, şəhər 6 saylı tam orta məktəbin onuncu sinif şagirdidir.
    Məktəbin direktoru Azad Abbasov söz düşəndə Lalə haqqında fəxrlə danışıb deyir:
    –Lalə məktəbimizin tərbiyəli və bacarıqlı şagirdlə-rindəndir. Bu sakit və mü-layim təbiətli qızımız yaxşı oxumaqla bərabər ictimaiy-yətçidir. Məktəbimizin tədbirlərində fəal iştirak edir. O, həm də vətənpərvər bir qızdır. Bunu Lalənin çıxışlarından daha aydın görmək olur. O öz kiçik həcmli yazıları ilə mətbuatda çıxış edir. Bizim məktəbin kollektivi Lalə kimi şagirdlərimizlə qürur duyur.
    Lalə Bayramlı ilə görüşümüzdə məktəb direktorunun söylədiklərinin bir daha təsdiqini tapdıq. O, gözəl arzularla yaşayır.
    Gələcəkdə müəllim olmaq istəyir. Xalqımızın qaçqın-köçgün dərdi, qəhrəman şəhidləri-mizin şücaəti Lalənin kövrək qəlbində bir nisgilə çevrilib. Onun bu nisgillə yazdığı bir neçə məqaləsi “Yeni Tərtər”qəzetində dərc olu-nub. “Erməni qəddarlığı – tarixin üz qarası”nı yazmağa səbəb Xocalı faciəsi olub.
    Bir gün nənəsi Raya müəllim Xocalıdan qaçqın düşmüş bir nəfərlə rastlaşır və onu evə gətirir. Gələn adam başlarına açılan müsibətlərdən danışdıqca Lalə göz yaşlarını saxlaya bilmir. Qonaq gedəndən sonra Lalə belə bir yazını yazdığını nənəsinə bildirir və onu rayon qəzetində çap olunmasına köməklik göstərilməsini xahiş edir. Onlar rayon qəzetinin redaksiyasına gəlirlər. Redaktor Lalənin yazısını nəzərdən keçirdikdən sonra bəyəndiyini bildirir. Bu, Laləni daha da həvəsləndirir.
    Lalə Byramlının daha sonra Lələtəpə uğrunda şəhid olmuş Nicat İskəndərovun haqqında yazdığı “Möhtəşəm qayıdış “ adlı məqaləsi hamının marağına səbəb olur. Lalə elə bu yazı ilə də gənc yazarlar müsabiqəsin-də iştirak edərək II yerə layiq görülür.
    Lalə ilə söhbətimizdə bildirdi ki, hələ ibtidai sinifdə oxuduğu vaxtdan bu günədək təhsildə qazandığı uğurlara görə dəfələrlə Fəxri Fərmanla və qiymətli hədiyyələrlə mükafatlandırı-lıb. Bunların içərisində Tərtər Rayon İcra Hakimiy-yətinin başçısı Müstəqim Məmmədovun təqdim etdiyi “Fəxri Fərman”da var.
    Laləni qarşıda daha böyük uğurlar gözləyir. Bunun üçün dərslərində səylə çalışır ki, ona zəhmət çəkən valideynlərinin və müəllimlərinin etimadlarını doğrultsun. Bu yolda Laləyə müvəffəqiyyətlər arzu edirəm.
                                                                                                                                                                 Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 13:49

İsmarıclar bağlıdır.