Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    Möhtərəm cənab Prezident!
    Tərtər rayonunun yeganə mətbu orqanı olan “Yeni Tərtər” qəzetinin kollektivi Tərtərə və tərtərlilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığını bildirir, liderlik fəaliyyətinizdə daha böyük uğurlar diləyir, ailənizə, o cümlədən Birinci vitse-prezident, xeyirxahlıq və səmimiyyət nümunəsi olan Mehriban xanım Əliyevaya uzun ömür can sağlığı arzulayır!
    Hörmətli cənab Prezident!
    Bizim Tərtər rayonuna ardıcıl səfərləriniz, bu səfərlər zamanı rayon əhalisi ilə görüşləriniz, onların bir çox müraciətlərini yerindəcə həll etməyiniz, hətta döyüşlər getdiyi zamanlarda belə həyatınızı riskə ataraq tərtərlilərin yanında olmağınız düşmənlə 48 kilometrlik təmas xəttində yerləşən bu bölgənin əhalisini qürurlandırır, öz rəhbərinə güvəncini daha da artırır.
    Cənab Prezident!
    Onu da qeyd etməyi lazım bilirik ki, 86 yaşı tamam olan Tərtər rayon qəzeti laqeyid münasibət üzündən 7 il-dən çox (1998-2005-ci illər) öz fəaliyyətini dayandırmağa məcbur olsa da, jurnalistlərin dostu kimi Sizin yaratdığınız münbit media mühiti sayəsində yenidən həyata qayıtmışdır. Bu qəzet 15 ildir ki, fasiləsiz olaraq “Yeni Tərtər” adı ilə nəşr olunur.

    Bizim Tərtər rayonuna bu ilin iyun ayının 3-də növbəti səfəriniz zamanı burada bir çox yeni obyektlərin açılışında şəxsən iştirakınız, ələlxüsus Tərtər Olimpiya İdman Kompleksinin açılışında bir qrup idmançı ilə görüşünüz və orada söylədiyiniz geniş nitq ölkə rəhbərinin daim öz vətəndaşının yanında olduğunu isbatlayan amildir.
    Möhtərəm Cənab Prezident!
    Bütün bunlar üçün və jurnalistlərə göstərdiyiniz güclü dəstəyə görə sizə mətbuat işçiləri adından səmimi təşəkkürümüzü bildiririk! Sağ olun!
    “Yeni Tərtər” qəzetinin kollektivi
    Cənab Prezident!
    Rayonumuzda tərtərli gənclərin və idmançıların uzun illərdən bəri həsrətində olduğu möhtəşəm Olimpiya İdman Kompleksinin tikilib istifadəyə verilməsi bizə sonsuz sevinc hissləri yaşatdı. Bu Olimpiya İdman Kompleksi tərtərli gənclərin sağlam həyat tərzi sürmələrində, onların idmana marağının artmasında mühüm rol oynayacaq. Kompleksdə olan müxtəlif idman yarışlarının keçirilməsi üçün universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu gənclərimizin ölkə daxilində və beynəlxalq arenada keçirilən idman ya-rışlarında uğur qazanmalarına zəmin yaradır. Biz idman yarışlarına ev sahibliyi də edəcəyik, idmanın kütləviliyini təmin edərək, gənclərimizin fiziki və mənəvi sağlamlığını qoruyacağıq.
    Cənab Prezident!
    Cəbhə bölgəsində yaşayan gənclərə göstərdiyiniz diqqət və qayğıya görə Tərtər rayonunun çoxsaylı gəncləri və idmançıları adından Sizə minnətdarlığımızı bildiririk! Gənclərimiz bütün sahələrdə Sizin diqqət və qayğınızı hiss edir və Sizi dəstəkləyirlər. Tanrı Sizi qorusun.
    Hörmətlə, Emin Pənahov, Rayon Gənclər və İdman İdarəsinin rəisi

    Hörmətli cənab Prezident!
    Biz kəndlilərin, fermerlərin çörəyi torpaqdan çıxır. Əkib-becərməsək əlimiz boşda qalar. Yaxşı məhsul əldə etmək üçün isə sahələrin vaxtlı-vaxtında suvarılması birinci şərtdir.
    Üzdəniraq qonşularımız Sərsəng su anbarından Tərtərə gələn suyun qarşısını kəsdikləri üçün suvarma dövründə çox əziyyət çəkirik. Ona görə də rayonumuzda 21 yeni ar-tezian qazılacağı ilə bağlı imzaladığınız Sərəncam hər bi-rimizi ürəkdən sevindirdi. Artezianlardan üçü də bizim Şıxarx qəsəbəsində qazılacaq. Bu artezianlardan 100 hektarla susuzluqdan əziyyət çəkən sahələr suvarılacaq.
    Cənab Prezident!
    Bizə göstərdiyiniz diqqət və qayğıya, əkin sahələrimizin suvarılmasi üçün yeni artezian quyularının qazılması ilə bağlı imzaladığınız Sərəncama görə Sizə minnətdarlığımızı bildiririk. Söz veririk ki, biz də öz növbəmizdə yüksək məhsuldarlıqla kənd təsərrüfatının inkişafına öz töhfəmizi verəcəyik. Tanrı Sizi qorusun!
    Şıxarx qəsəbəsinin sakinləri adından hörmətlə,

    Eldəniz Nəbiyev, Yaşar Məmmədov, Minayə Mirzəliyeva, Aybəniz Abbasova

    Çox hörmətli cənab Prezident!
    Tərtər rayonunun A.Məmmədov adına Xoruzlu kənd tam orta məktəbinin kollektivi adından Sizə böyük təşəkkürümüzü bildiririk.
    Uzun illər məktəbimiz yararsız vəziyyətdə idi. Amma buna baxmayaraq, müəllim və şagird kollektivi çətin də olsa, təhsilini davam etdirirdi. Sizin Tərtərə gəlişiniz və məktəbimizin yenidən tikilməsi haqqında verdiyiniz Sərəncam bizi Sizə daha da yaxınlaşdırdı. Biz gördük ki, Siz hər zaman xalqımızın yanındasınız. İstər cəbhə bölgəsində vəziyyətin gərginləşdiyi dövrlərdə, istərsə də hazırkı koronavirus bəlası ilə mübarizə zamanı Siz tərtərliləri heç vaxt diqqətdən kənarda qoymamısınız. Qədirbilən tərtərlilər bunun dəyərini çox gözəl bilir və hər zaman təqdir edir.
    Əziz Prezidentimiz, Ulu Tanrıdan Sizə cansağlığı, xoş-bəxtlik və işlərinizdə uğurlar arzulayırıq.

    Xoruzlu kənd tam orta məktəbinin kollektivi adından dərin hörmətlə,

    Səfərov Rafiq Cəmil oğlu, Rəhimov Məhərrəm Sayoş oğlu, Quliyeva Kəmalə Göycə qızı, Səfərov Elşən Rafiq oğlu, İbrahimova Nabat Qaçay qızı.

    Müəllif: Redaktor, 14:17

İsmarıclar bağlıdır.