Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl
    Qoltuq ağacına yazığım gəlir,

    Tutub bir binanı çiyinlərində

    O zorba bir dirək ola bilərdi

    Məğrur bir çobanın çiyinlərində

    Nəğmə də oxuyur o, cırhacırla,

    Qırıla-qırıla…

    Qoltuqdan oyana getməyir səsi.

    Nədir oxuduğu? — “qoltuq nəğməsi”

     

    Qurd əzən dəyənək ola bilərdi,

    Bir körpü tağı da ola bilərdi,

    Tüfəng qundağı da ola bilərdi,

    Vaxtsızmı qırıldı, tezmi qırıldı…

     

    Özü bu vərdişi ömrünə yazıb,

    Onu bir qoltuqdan tullasan əgər,

    Yanından yan ötüb bir ayaqsızın,

    Kiməsə üçüncü ayağa dönər…

     

    Vüqarı qırıldı, əzmi qırıldı,

    Qoltuq ağacından acığım gəlir.

    O bütün yollara qoltuqdan baxır,

    Girdiyi qollara qoltuqdan baxır.

     

    Daş  kaha  yaxşıdır  bir  uçuq   damdan,

    Duyar eyhamımı bir qoltuq acı.

    Deyirəm qoltuğa girən adamdan

    Yaxşıdır bir sınıq qoltuq ağacı.

    Müəllif: Redaktor, 09:13

İsmarıclar bağlıdır.