Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Əminəm ki, oxucular bu ifadələri qeyri-səmimi qarşılamayacaqlar. Lakin qınaqlara tuş olmayım deyə kəlmə kəsən sözlərini dırnaq arasında yazıram.
    Bu şair xalqımızın, xüsusilə şeirsevərlərin yaxşı tanıdığı, haqqında dönə-dönə yüksək fikirlər deyilmiş, məqalələr yazılmış, təbriklər söylənmiş, adına çox sayda şeirlər həsr edilmiş, xatirələr danışılmış ölməz xalq şairimiz Məmməd Arazdır.
    Dəyərli hikmətləriylə, gözəl poeziya nümunələriylə, tarkamanda, sazda ruhları oxşayan şirin nəğmələriylə, yaratdığı bütün əsərləriylə qiymətli irs qoymuş Məmməd Araz. “Qayalarda bitən bir çiçəyin” “Vətən daşı” Məmməd Araz.
    Sözü layiq olduğu ucalıqda saxlamağı bacaran, sözə son dərəcə qənaət edən, israfçılığı sözə hörmətsizlik sayan, şairlərdən biri, bəlkə də birincisi olan Məmməd Araz.
    Onun poeziyası oxuculara şeiri ilahi sirr, şairliyi isə möcüzə-İlahi tərəfindən qulağa pıçıldanmış “vergi” kimi andırır.

    Çəkməli olsan da çox yüyənləri,
    Üzəngi basmaqdan özünü saxla.
    Bircə şapalağa dəyməyənləri,
    Hörmətə mindirmə bir şapalaqla.

    kimi neçə-neçə deyimləri zaman-zaman qüvvətini itirməyən atalar sözləri ilə, böyük mütəfəkkirlərin aforizmləri ilə nisbət sayılmağa layiq deyimlərdir.
    Şeirlərindən görünür ki, olduqca nikbin, acizliyi sevməyən, tale qismətiylə barışan şair olub Məmməd Araz.

    Söz verdim söz adlı dəfinə verə,
    Tək bircə ölümsüz qərinə verə.
    Umdum nə verdi ki, küsdüm nə verə,
    Mən belə dünyanın nəyinnən küsüm?

    Çaydı dəhnəsində xırsız əjdaha,
                                                                              Gecəsi salamat çıxmaz sabaha.
                                                                              İti bazarında atınnan baha,
                                                                              Mən belə dünyanın nəyinnən küsüm?

    “Dünyadan ölümsüz bircə qə-rinə” uman şairin nəsibi əbədi ölümsüzlük oldu.
    Məmməd Arazın böyük şair və şəxsiyyət olduğunu isbat edən çox əlamətlər var. Ancaq “Məm-məd Araz mükafatı”nın təsis olunması şairin ruhuna verilən ol-duqca layiqli qiymətdir.
    Allahla “kəlmə kəsən” sözünə gəldikdə, mövzularından və de-yim tərzindən görünür ki, onun içində vicdan adlı bir Allah möv-cud olub. Vicdanının izni olma-dan yazı yazmayıbdır.
    “Qorxu” şeirinə müqəddəmə verdiyi beytə nəzər salaq.

    Yüz gündə bircə gün Allahdan qorxun,
    Olmasa da qorxun, olsa da qorxun.

    Bu fikir vicdanın kağız üzərinə düşən kölgəsidir.
    Hələ 30-31 yaşlarında olarkən yazdığı “Paslı qılınc” poeması, mən deyərdim, onun iç dünyasını əks edən güzgü və ya rəsmdir. Bu həyati mövzuda yazılan əsərdə şairlik məharətiylə yanaşı həm də dilimizdə olan sadə və adi deyimləri özünəməxsus tərzdə elə işlədib ki, oxucu bu ifadələrin yalnız Məmməd Araza məxsus olduğunu hiss edir.
    Öz böyüklüyünü və qüdrətini gözəl bilən Məmməd Araz ömrü bahasına qazandığı şöhrətin təbiilikdən, təvazökarlıqdan irəli addamağına imkan verməmişdir.

                                                                Mən Arazda şaxələnən çinardım,
                                                               Ömrü boyu tufan əydim, su yardım,
                                                              Xətainin qılıncını suvardım,
                                                              Məmməd Araz karandaşı göyərdi.–

    deyərək öz şəxsiyyətinə bir abidə qoymuşdur.
    Məmməd Araz əbədiyaşarlığına inandığını bir çox şeirlərində biruzə verirdi:

    Gülüm, bir də görüşünə yubansam,
    Adımı tut, əgər dağlar dumansa.
    Gözünü sıx, hansı daşda su yansa,
    O daş altda Məmməd Araz yaşayır.

    Nikbin ömür yaşamış xalq şairinin özünə təsəlli verərək yazdığı həcmcə kiçik, mənaca böyük olan bu şeiri bizləri də nikbinliyə səsləyən bir çağırış ki-mi qəbul eləmək zənnimcə doğru olardı.

                                                                         Biz iki ocaq kimi sinə-sinəyə yandıq
                                                                         Odumuz öpüşəndə közümüzə inandıq.
                                                                        Dərd eləmə desəm ki, yazı masam, ölürəm,
                                                                        Ölə-ölə yazmıram, yaza-yaza ölürəm.

    Əziz oxucular, mən bu kiçik ya-zımla Məmməd Arazı kimlərəsə tanıtmaq və ya, haqqında yeni nəsə demək məqsəddə deyiləm. Belə bir şəxsiyyətin itkisiylə ba-rışa bilməyən könlümə təsəlli ola bilər deyə, ürəyimi varağa boşaltmaq istədim.
    Axı, şair özü demişkən:
    Nə qədər yaxşılar gəlir dünyaya,
    Yenə yaxşıların yeri boş qalır.
                                                                                                         Talıb HƏSƏNOĞLU

    Müəllif: Redaktor, 11:41

İsmarıclar bağlıdır.