Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Fala baxdırmağın günah olduğunu çoxumuz bilmi-rik. Ona görə də çoxları başına bir iş gələn kimi öz dərdlərinə falçıların əli ilə əncam tapmaq istəyir. Bu bir acı həqiqətdir ki, falçıya getmək artıq bəziləri üçün vərdiş, xəstəlik halını alıb. Bəli, fala inanmaq da, fala baxdırmaq da, fala baxmaq da günahdır. Qurani-Kərim açıq-aydın bildirir ki, qeyb aləmini Allah-Təaladan başqa kimsə bilə bilməz. Bir an sonra nə baş verəcək, onu Allah-Təaladan başqa kim bilər ki? Əgər diqqət yetirmisinizsə, bəzi falçılar yüksək rütbəli məmurlarla “işlədiklərini”, yəni onların işini “düzəltdiklərini” iddia edirlər.
    Reklamdır da, hansı məmurun hansı falçı ilə hansı işi həll etdiyini bilməsək də bircə onu bilirik ki, getdikcə artan bu fırıldaqçılara “gözün üstə qaşın var” deyən yoxdur. Üstəlik də, fal-çılığa başlayandan az müddət sonra bahalı maşınlarda gəzməyə başlayırlar.
    Hər falçının da öz üslubu, öz tərzi var. Kimi kartla fala baxır, kimi kompyuterlə, kimi kitab açır, kimi şəkər tozu ilə, kimi su ilə, kimi qəhvə ilə, kimi də əlin içindəki naxışlara baxaraq… Kim bilir, hələ bu çeşidlərə daha neçəsi əlavə ediləcək. Hamısı da fırıldaq, boş və mənasız.
    Falçı heç vaxt ondan imdad gözləyən cahilə acı proqnoz söyləməz, çünki qapısına gəlmiş müştərini itirməkdən qorxar. Olma-yan iş üçün gəlsələr belə, yenə bir ümid qapısı uydurar, təsəlli verməyə, onları özünə bağlamağa çalışar. Dərdli adam, əlbəttə, bu cür münasibətdən xoşhal olar, bəlkə də, falçının söylədi-yinin yalan olduğunu bilə-bilə o yalana inanmaq, aldanmaq, ovunmaq istər. İnsan bir ümidini itirməmək üçün 15-20 manatı gözüyumulu verir. Amma indi heç 15-20 manatın üzünə baxan da yoxdur. Qiymətlər çox-çox yüksəklərdə oynayır.

    Müəllif: Redaktor, 11:48

İsmarıclar bağlıdır.