Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstə-qim Məmmədov Azərbaycan polisi günü münasibəti ilə rayonun polis işçilərini təbrik edib.
    Təbrikdə qeyd olunub ki, Azərbaycan Polisinin ya-ranmasının 102-ci ildönü-müdür. Azərbaycan polisi bir əsr şərəfli tarixi yol keçmişdir. Xüsusən, Ulu Öndər Heydər Əliyevin respubli-kamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili gücləndirilmiş peşakar kadr özəyi yaradılmışdır. Məhz ümummilli liderin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycan Po-lisi günü kimi qeyd olunur.Bu gün Ulu Öndərin siyasi kursunun layiqli da-vamçısı olan respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki baza-nın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması polis işçilərinə göstərilən diqqət və qayğının bariz nü-munəsidir.
    Bu gün bütün dünyanı ağuşuna almış COVİD-19 pandemiyası ilə mübarizə dönəmində də Azərbaycan polisi üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Peşə bayramı ərəfəsində dövlətimizin başçısının sərəncamı ilə şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və xidmətdə fərqlənən bir qrup əməkdaşın dövlət mükafatlarına layiq görülməsi hər bir polis əməkdaşının gərgin əməyinə verilən ali qiy-mətin təzahürüdür.
    İcra başcısı sonda polis işçilərinin hər birini peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onlara şərəfli işlərində məsuliyyət, dözüm və səbr arzulayıb.
    Azərbaycan Polisi günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən rayon polis şöbəsinin əməkdaşlarından Tağıyev Rahib İsa oğlu, Abbasov Elvin Vüqar oğlu, Əhmədov Tey-yub Aslan oğlu, Kərimov Yusif Sabir oğlu, Fərzəliyev Rəşad Vidadi oğlu, Süleymanov Hüseyn Mobil oğlu, Məmişov Zaur Rəşid oğlu, Mehdili Natiq Şahmar oğlu, Məmmədli Fərid Nadir oğlu, Bərdə Regional Mühafizə Bölməsinin polis nəfərləri Bağırov Bəxtiyar Bakir oğlu, Tanrıverdiyev Elçin Elbrus oğlu, Mikayıl-zadə Elçin Müşviq oğlu fəxri fərmanla təltif olunub.

    Müəllif: Redaktor, 12:03

İsmarıclar bağlıdır.